Xəbərlər

BƏLƏDİYYƏLƏRİN DAYANIQLI İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR

2021-07-24

 Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, o cümlədən onların səlahiyyətləri genişləndirilir, maliyyə vəziyyəti yaxşılaşdırılır. Həmçinin bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri tədbirlər, o cümlədən metodoloji kömək göstərilir. 

 

PROBASİYA NƏZARƏTİNDƏ OLAN MƏHKUMLARIN NARKOTİK VASİTƏLƏRİN İSTİFADƏSİNDƏN ÇƏKİNDİRİLMƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR

2021-07-23

Bakı, 23 iyul, AZƏRTACPrezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi təmin olunur, bu zaman müasir İKT-dən istifadə etməklə elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilir. AZƏRTAC xəbər verir ki, üzərində həmin vasitələr tətbiq edilmiş məhkumların fasiləsiz izlənilməsi məqsədilə Probasiya Xidmətində Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir.

 

CİNAYƏT İŞLƏRI ÜZRƏ ƏMƏKDAŞLIĞA DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

2021-07-23

İyulun 23-də Avropa Şurasının 2020-2023-cü illər üzrə Mərkəzi Asiyada Qanunun Aliliyi Proqramı əsasında həyata keçirilən "Mərkəzi Asiyada İqtisadi Cinayətkarlığa qarşı Şəffaflığın və Fəaliyyətin Təşviqi" layihəsi çərçivəsində "Cinayət işlərində qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına həsr olunan beynəlxalq konfrans keçirilib. Konvensiya üçüncü dövlətlər üçün açıq olduğundan Özbəkistanın bu sənədə qoşulmaq istəyi nəzərə alınaraq keçirilən tədbir Avropa Konvensiyasının mahiyyəti, əhəmiyyəti və implementasiyası prosedurları barədə həmin ölkənin aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq məqsədi daşıyır.

 

ƏDLİYYƏ AKADEMİYASINDA TVİNNİNQ LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ LİTVALI EKSPERTLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

2021-07-17

 Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir. Layihə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində Litva və Avstriyadan olan təşkilatlar tərəfindən icra edilir.Layihənin imkanları barədə məlumat vermək və qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədi ilə Litvanı təmsil edən bir qrup ekspertlə Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinin, Akademiyanın nümayəndələri və hakimlərin iştirakı ilə görüş keçirilib.

 

ƏDLİYYƏ NAZİRLİYİ NOTARİATIN RƏQƏMSAL İMKANLARINA DAİR ONLAYN BRİFİNQ KEÇİRİB

2021-07-16

“Mobil notariat”dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilibBakı, 16 iyul, AZƏRTAC İyulun 16-da Ədliyyə Nazirliyinin feysbukdakı səhifəsində “Notariatın rəqəmsal imkanları” mövzusunda onlayn brifinq təşkil olunub. AZƏRTAC xəbər verir ki, brifinqdə iştirak edən Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi notariatın fəaliyyəti, bu sahədə həyata keçirilən yeniliklər, görülən işlər barədə ətraflı məlumat veriblər.