Xəbərlər

ƏDLİYYƏ NAZİRİ TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

2021-07-15

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, pandemiya şəraiti nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir

 

"FƏRDİ ELEKTRON PƏNCƏRƏ” ELEKTRON MƏLUMAT SİSTEMİNİN YENİLƏNMİŞ VERSİYASININ TƏTBİQİ HAQQINDA ELAN

2021-07-15

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması, onlara göstərilən hüquqi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli Fərmanı ilə yaradılmış “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatı və onlar tərəfindən qəbul edilən və verilən maliyyə vəsaitlərinin qeydə alınması və müvafiq çıxarışların, bildirişlərin elektron qaydada verilməsi təşkil edilmişdir.

 

 

Ədliyyə Orqanlarına Qulluğa Qəbulla Bağlı Növbəti Müsabiqənin Nəticələri Üzrə Namizədlər İcbari Təlimə Buraxılmışlar

2021-07-09

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin kadr korpusunun yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi, onların layiqli ədliyyə işçisi kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına gənc hüquqşünasların qulluğa qəbulu ilə bağlı aşkarlıq şəraitində, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi müsabiqələr keçirilir.

 

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDA HÜQUQİ ƏLAQƏLƏR MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNƏ UYĞUN İNKİŞAF EDİR

2021-07-05

Dost və qardaş Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri tərəfindən sıx əməkdaşlıq edilir, nümayəndə heyətlərinin müntəzəm səfərləri və birgə tədbirlər keçirilir, səmərəli hüquqi yardım göstərilir. İki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Səfər zamanı qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar.

 

Ədliyyə Nazirliyində Görülmüş İşlərə Və Dövlət Başçısının Tapşırıqlarının İcrasına Həsr Olunan Kollegiya İclası Keçirilib

2021-06-30

İyunun 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisi, işğaldan azad edilmiş torpaqlarımızın bərpası, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələrin həyata keçirilməsi qeyd olunub.