Xəbərlər
Avropa Şurasinin Kibercinayətkarliq Üzrə Proqram Ofisinin Və Ədliyyə Akademiyasinin İlə Birgə Təşkilatçiliği Distant Təlimlər Keçirilib |
2021-06-25 |
Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram ofisi (C-PROC) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər, prokurorlar və ədliyyə işçiləri üçün davamlı təlimlər keçirilir. İlkin olaraq may ayında hakimlər və ədliyyə işçiləri üçün “Kibercinayətlər və elektron dəlillər” mövzusunda 4 günlük təlim təşkil edilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı |
2021-06-22 |
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında uğur qazanmış 28 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb.
ERMƏNİSTANIN MİNA XƏRİTƏLƏRİNİ VERMƏSİ ÜÇÜN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ EDİLİB |
2021-06-17 |
Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə yerli və regional demokratiyanın vəziyyəti, eləcə də Avropa Xartiyasının icrası ilə bağlı çıxış edib.
MİLLİ QURTULUŞ GÜNÜ ƏDLİYYƏ ORQANLARINDA QEYD OLUNUB |
2021-06-14 |
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olmaqla bu tarixi hadisə respublikamızda Milli Qurtuluş günü kimi geniş qeyd edilir. Bu əlamətdar gün münasibətilə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil edilib, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad olunub. Ədliyyə naziri Fikrət Məmmədov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm xidmətlərindən danışıb.
15 İYUN-MİLLİ QURTULUŞ GÜNÜDÜR |
2021-06-11 |