Xəbərlər

ÖZBƏKİSTAN AZƏRBAYCANIN ƏDLİYYƏ SAHƏSİNDƏKİ İNNOVASİYALARA MARAQ GÖSTƏRİR

2021-05-24

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun islahatlar aparılaraq vətəndaşlara şəffaf, operativ və əlçatan xidmətlərin göstərilməsi məqsədilə elektron innovasiyalardan geniş istifadə olunur. Rəqəmsal texnologiyaların tətbiqi, həmçinin vətəndaş-məmur münasibətlərinin tamamilə yeni səviyyəyə yüksəlməsinə, korrupsiyanın və süründürməçiliyin qarşısının alınmasına, bununla da insanların rahatlığına xidmət edir. Bu sahədə yeniliklər beynəlxalq maraq doğuraraq digər dövlətlər Azərbaycanın təcrübəsindən bəhrələnirlər. 

 

ƏDLİYYƏ NAZİRİ PETERBURQ BEYNƏLXALQ HÜQUQ FORUMUNDA ÇIXIŞ EDİB

2021-05-19

Mayın 18-dən 22-dək Rusiya Federasiyası Prezidentinin himayəsi altında Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Peterburq Beynəlxalq Hüquq Forumu keçirilir. Videokonfrans formatında təşkil olunmuş forumda Rusiyanın və xarici ölkələrin dövlət xadimləri, ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların rəhbərləri, müxtəlif hüquq sahələrində tanınmış ekspertlər, dünya şöhrətli alimlər, habelə nüfuzlu hüquq şirkətlərinin və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edirlər. Tədbir çərçivəsində "Yeni erada ədliyyənin rəqəmsal siması" adlı ədliyyə nazirlərinin sessiyası keçirilib. İnternetdə canlı yayımlanan sessiyada Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edib, ölkəmizin bu sahədə müsbət təcrübəsi ilə bölüşüb. 

 

Ədliyyə və məhkəmə sisteminin inkişafı aparılan hərtərəfli islahatların real təzahürüdür Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun

2021-05-17

– Cənab nazir, ötən il Qələbə ili kimi yaddaşlarda qaldı. Bu Qələbəni həm də dövlətimizin hərtərəfli inkişafı şərtləndirmişdir. Bu mənada ədliyyə sahəsində islahatlar, o cümlədən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı xüsusi qeyd olunmalıdır. Fərmandan irəli gələrək ötən dövrdə məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə fikirləriniz maraqlı olardı. – İlk öncə, müsahibə üçün təşəkkürümü bildirirəm. Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olunub və artıq ölkəmiz böyük quruculuq dövrünə qədəm qoyub.

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ ƏDLİYYƏ ORQANLARINDA QEYD OLUNUB

2021-05-16

Mayın 10-da Ədliyyə Nazirliyinin rəhbərliyi Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər. Həmçinin Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb. Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil edilib, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz və işıqlı xatirəsi yad olunub. 

 

MƏHKUMLARIN REİNTEQRASİYASINDA İNNOVATİV YANAŞMA

2021-05-07

 Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun islahatların, o cümlədən idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə kadr islahatlarının aparılması, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar ədliyyə orqanlarında işin təkmilləşdirilməsi məqsədilə müvafiq struktur və kadr islahatları aparılıb, ədliyyə işçilərinin, o cümlədən penitensiar xidmət əməkdaşlarının məsuliyyət hissi və tələbkarlıq artırılıb, sui-istifadə, korrupsiyaya şərait yaradan pozuntulara və digər nöqsanlara yol verən işçilər barəsində ciddi tədbirlər görülüb