Xəbərlər

ÖLKƏ PREZİDENTİNİN TAPŞIRIQLARININ İCRASI ƏDLİYYƏ ORQANLARININ DİQQƏT MƏRKƏZİNDƏDİR

2021-05-04

  Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib. Kollegiyada ölkə Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi 17 illik fəaliyyətinin ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın böyük qələbəsini təmin etdiyi vurğulanıb.Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu illər ərzində respublikamızın iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və regionun lider ölkəsinə çevrildiyini, Vətən müharibəsində Azərbaycan Ordusunun dövlətimizin gücünü, hərb tarixinə düşən və öyrənilən unikal əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan biri olduğunu nümayiş etdirdiyini qeyd edib.

 

AVROPA İTTİFAQI-AZƏRBAYCAN ƏDLİYYƏ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK, İNSAN HÜQUQLARI VƏ DEMOKRATİYA MƏSƏLƏLƏRİ ÜZRƏ ALT KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

2021-04-28

Bakı, 27 aprel, AZƏRTACAprelin 26-27-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC -a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

 

 

PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ APARILAN MÜTƏRƏQQİ İSLAHATLAR MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİ RƏQƏMSAL ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİR

2021-04-28

 Bakı, 28 aprel, AZƏRTACBu günlərdə hüquq sisteminin rəqəmsal texnologiyalar əsasında inkişafına, bu sahədə müasir çağırışlara həsr olunmuş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu keçirilib. Forumun mövzusunun aktual və əhəmiyyətli olduğunu nəzərə alaraq AZƏRTAC tədbirdə Azərbaycanı təmsil etmiş ədliyyə naziri Fikrət Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik. – Hörmətli Fikrət müəllim, məlumat verdiyimiz kimi, bu yaxınlarda keçirilmiş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusuna həsr olunub.

 

“AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏETMƏNİN İNKİŞAF PERSPEKTİVLƏRİ: MÖVCUD VƏZİYYƏT VƏ QARŞIDAKI VƏZİFƏLƏR” MÖVZUSUNDA VİDEOKONFRANS KEÇİRİLİB

2021-04-28

Aprelin 28-də Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

 

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ƏDLİYYƏ NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PROQRAMI İMZALANIB

2021-04-23

Mətbuatda məlumat verildiyi kimi, Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında Daşkənd Beynəlxalq Hüquq Forumu keçirilir. Forumda Azərbaycanın ədliyyə naziri məhkəmə-hüquq sistemindəki innovasiyalar barədə çıxış edərək müsbət təcrübəmizlə bölüşüb, iştirakçıların diqqətini Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinə cəlb edib. Tədbir çərçivəsində, həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovun videokonfrans formatında görüşü keçirilib.