Xəbərlər

BEYNƏLXALQ HÜQUQ FORUMUNDA ERMƏNİSTANIN HƏRBİ CİNAYƏTLƏRİ DİQQƏTLƏ ÇATDIRILIB

2021-04-22

Aprelin 22-də Özbəkistanın Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında təşkil olunmuş Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu öz işinə başlayıb. Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. 

 

ƏDLİYYƏ QURUMLARININ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR

2021-04-16

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən regional ədliyyə idarələrinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Yerli ədliyyə qurumlarının işinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi, bələdiyyələrə metodiki köməkliyin göstərilməsi və inzibati nəzarət sahəsində, həmçinin nazirliyin digər fəaliyyət istiqamətləri üzrə regional ədliyyə idarələrinin imkanlarının genişləndirilməsi və potensialının artırılması daim diqqətdə saxlanılır, ölkə başçısının kadr islahatlarına uyğun olaraq həmin qurumlar peşəkar, müasir düşüncəli kadrlarla komplektləşdirilir. 

 

ƏDLİYYƏ NAZİRİ TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN VİDEO QƏBULU KEÇİRİLİB

2021-04-15

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.

 

ƏDLİYYƏ NAZİRLİYİ PROBASİYA FƏALİYYƏTİNDƏ ELEKTRON NƏZARƏT VASİTƏLƏRİNİN TƏTBİQİNƏ DAİR ONLAYN BRİFİNQ KEÇİRİLİB

2021-04-15

Bakı, 14 aprel, AZƏRTAC. Ədliyyə Nazirliyi vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir. Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə məlumatlandırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin, KİV-lərin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunur. 

 

BEYBƏLXALQ HÜQUQ İCTİMAİYYƏTİNİN DİQQƏTİ ERMƏNİSTANIN HƏRBİ CİNAYƏTLƏRİNƏ CƏLB OLUNUB

2021-04-09

Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir və rəhbərliyində təmsil olunur. Aprelin 8-də Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.