Xəbərlər

ƏDLİYYƏ İŞÇİLƏRİ VƏ KÖNÜLLÜLƏRİ “YAŞIL MARAFON” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASINA QOŞULUBLAR

2021-04-09

 Ölkə Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıq sahələrinin salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər görülür, bu məqsədlə ənənəvi olaraq ağacəkmə aksiyaları keçirilir. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm layihələrin təşviqi xüsusi qeyd olunmalıdır.

 

CİNAYƏTKARLIQLA MÜBARİZƏDƏ SƏMƏRƏLİ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ HƏYATA KEÇİRİLİR

2021-04-08

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığın qarşısının alınması üzrə qəti tədbirlər görülərək bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir.

 

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

2021-03-19

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir

 

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamı uğurla icra olunub

2021-03-19

Martın 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamını uğurla icra edib. AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 7, 9, 10, 11, 15, 16, 17 saylı və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib.

 

Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarının etibarlı müdafiəsində roluna dair videokonfrans keçirilib

2021-03-17

 Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla onun icrası üzrə ötən dövrdə kompleks tədbirlər görülüb.AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində martın 17-da Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans təşkil olunub.