Xəbərlər

BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi

2021-03-08

 Bu il martın 7-dən 12-dək Yaponiyanın Kioto şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresi keçirilir.Beş ildən bir keçirilən bu mötəbər forumun işinə BMT-nin üzv olan ölkələrindən dövlət və hökumət başçıları, ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri bilavasitə və ya onlayn qatılıblar.Tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

 

Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş

2021-03-04

 Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.Martın 4-də qlobal pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri və könüllüləri ilə ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

 

Yaponiyanın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

2021-03-03

 Martın 3-də ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.Dövlətlərimiz arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini vurğulayıb, torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğunu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətlərini, ərazilərimizin büsbütün viran edildiyini diqqətə çatdırıb.

 

ƏDLİYYƏ AKADEMİYASI VƏ BAKI DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

2021-03-01

25 fevral tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda videkonfrans formatında tədbir keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad ediliblər. Giriş sözü ilə çıxış edən moderator, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev bildirib ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib

2021-02-26

 Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı şəhərinin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutublar.Faciənin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.Soyqırımı qurbanlarının xatirəsi nazirlikdə və struktur qurumlarda anılaraq Xocalı hadisələrinə nəzər salınıb, bu kütləvi qətliamın sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib.