Xəbərlər

Müsabiqədə iştirak edən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

2021-02-25

Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.Bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabr ayında elan edilmiş müsabiqədə iştirak etməyə dəvət olunmuşlar.

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə videokonfrans formatında görüş

2021-02-25

 Fevralın 25-də Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Vilayət Zahirovun videoformatda görüşü keçirilib.Tədbirdə Konqresin yerli və regional demokratiya üzrə həmməruzəçiləri, "Yerli Özünüidarə haqqında" Avropa Xartiyası üzrə eksperti, həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə məqsəd Konqresin Azərbaycanda yerli özünüidarəetmə institutunun inkişafı ilə bağlı tövsiyələrinin icrası vəziyyətini, bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Ədliyyə işçilərindən və hakimlərdən Qarabağ Dirçəliş Fonduna dəstək

2021-02-17

 Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Artıq müharibə arxada qalıb və ölkəmiz böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub.Otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş və büsbütün dağıdılmış ərazilərimizin yenidən həyata qaytarılması istiqamətində dövlət başçısının rəhbərliyi ilə nəhəng bərpa-quruculuq işləri aparılır, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

2021-02-13

 Ədliyyə Nazirliyinin kadr korpusunun yenilənməsi tədbirləri çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında işləmək arzusunda olan hüquqşünaslarla elan olunmuş müsabiqə üzrə fevralın 13-də növbəti test imtahanı keçirilib.İmtahanda iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Müsabiqəyə bütün regionlardan qatılan namizədlərin hər üç nəfərdən biri qadın, təxminən yarısı isə gənclər olmaqla əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.