Xəbərlər

Məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

2021-02-11

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanı bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası çərçivəsində qanunvericilik əsaslı sürətdə təkmilləşdirilib, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb, o cümlədən ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib, hakimlərin sosial müdafiəsi gücləndirilib, ayrılmış əlavə 200 hakim ştat vahidinin komplektləşdirilməsi ilə bağlı şəffaf seçim nəticəsində artıq 44 namizədin bu ərəfədə təyinatı aparılıb.

 

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

2021-02-10

 Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu genişləndirilərək nazirliyin və struktur qurumlarının rəhbərliyi tərəfindən mütəmadi videoqəbullar həyata keçirilir.

 

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə

2021-02-08

 Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi, onların layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür.Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına gənc hüquqşünasların qulluğa qəbulu ilə bağlı aşkarlıq şəraitində, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi müsabiqələr keçirilir.Bu tədbirlər çərçivəsində bölgələrdə yerləşən Ədliyyə Nazirliyinin icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün elan edilmiş müsabiqə üzrə növbəti test imtahanının xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar fevral ayının 13-də keçirilməsi nəzərdə tutulmuşdur. 

 

Ədliyyə Nazirliyində Gənclər günü münasibətilə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib

2021-02-02

 Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşıb, gənclərin cəmiyyətdə fəallığı və idarəetmədə rolu artmaqdadır.Ölkə başçısı, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gəncləri Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi ilə ordu sıralarına qoşularaq Qarabağın azadlığı uğrunda qəhrəmanlıq və şücaət göstəriblər.

 

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib

2021-01-25

 Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir.