Xəbərlər

Ədliyyə Nazirliyində CPT-nin nümayəndə heyəti ilə videoformatda görüş

2020-12-22

 Azərbaycanda səfərdə olmuş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski və Komitənin digər təmsilçiləri ilə dekabrın 22-də ədliyyə naziri Fikrət Məmmədovun videokonfrans formatında görüşü olub.Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində penitensiar sahədə həyata keçirilən islahatlar, cəza siyasətinin humanistləşdirilməsi, habelə COVİD-19 pandemiyasına qarşı ilə bağlı görülən tədbirlər və CPT-nin tövsiyələri üzrə görülmüş işlər barədə məlumat verilib.

 

Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın şanlı Qələbəsinə həsr olunan kollegiya iclası keçirilib

2020-12-15

15-də Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib. Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın şanlı Qələbəsi münasibətilə kollektivi təbrik edib, dövlət başçısının döyüş meydanında və siyasi müstəvidə Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb. 

 

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib

2020-12-12

  Dekabrın 12-də Ədliyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər. Həmçinin Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər keçirilib, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz xatirəsi yad olunub.

 

Azərbaycan ədliyyə tarixini ehtiva edən dəyərli tədqiqat

2020-12-12

 Bu gün müstəqil və müasir Azərbaycanın hər bir vətəndaşı, bütün varlığı ilə, sidq ürəkdən bu yurda, bu məmləkətə bağlı olan hər bir vətən övladı ölkəmizin qazandığı parlaq qələbə və tarixi nailiyyətlərlə haqlı fəxr edir, qürur hissi keçirir. Məhz bu günlərdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı.Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla icra edərək böyük qələbəyə imza atmaqla xalqımızın zəfər salnaməsini yazdı.

 

Ədliyyə işçilərindən və hakimlərdən YAŞAT Fonduna dəstək

2020-12-10

 Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən olmaqla hərbi qulluqçular və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə baş çəkməsi, onların qayğıları ilə maraqlanması böyük ruh yüksəkliyi və təsəlli olub.