Xəbərlər

Doğma torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir

2020-12-09

 Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi xalqımızın şanlı Qələbəsi ilə başa çatdı, müzəffər ordumuz tərəfindən erməni işğalçı qüvvələri ağır məğlubiyyətə uğradılaraq 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 

 

Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət ünvanlayıb

2020-12-02

 Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edildi.

 

Ədliyyə işçiləri peşə bayramlarını böyük qələbə sevinci ilə qeyd ediblər

2020-11-24

 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı qələbə sevinci ilə birgə qeyd olunur.Bu münasibətlə ədliyyə orqanlarında və məhkəmələrdə xüsusi karantin rejiminə əməl edilməklə silsilə tədbirlər təşkil olunub, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınıb, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, tarixi qələbəmizə həsr olunmuş foto və video-materiallar nümayiş etdirilib.

 

Azərbaycan ədliyyəsi xalqımızın şanlı Qələbəsi ilə qürur dolu günlər yaşayır

2020-11-20

 Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.

 

Türkiyənin ədliyyə naziri Azərbaycanın Qələbəsi münasibətilə Fikrət Məmmədova zəng edib

2020-11-13

 Noyabrın 13-də Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.Danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb.