Xəbərlər

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

2020-09-29

 İşğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onun ən yüksək səviyyədə təchizatı təmin edilir.Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır, cənubi Qafqazda isə birincidir. 

 

BQXK ölkəmizlə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edir

2020-09-25

 Sentyabrın 25-də Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşüb.Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, cəza-icra siyasətinin humanistləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərdən danışıb, nazirliklə penitensiar və tibb sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin səmərəli əməkdaşlığını vurğulayıb.

 

Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib

2020-09-24

 Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş mediatorların iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.Tədbirdə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış ediblər.Natiqlər mediasiya institutunun tətbiqindən, bu sahədə beynəlxalq təcrübədən bəhs edib, ilk mediatorların qarşısında duran vəzifələrdən danışıb, onlara uğurlu fəaliyyət arzulayıblar.

 

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

2020-09-24

 Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid – üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

 

 

Azərbaycan Notariat Palatasında

2020-09-16

 Azərbaycan Notariat Palatasının videoformatda növbəti ümumi yığıncağı keçirilib.Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində notariat institutunun inkişafı, bu sahədə fəaliyyətin müasir innovasiyalar tətbiq olunmaqla təkmilləşdirilməsi qeyd edilib.