Xəbərlər

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn ictimai müzakirə keçirilib

2020-09-11

 Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir.

 

Ədliyyə Akademiyasının fəaliyyətinə dair onlayn ictimai müzakirə keçirilib

2020-09-09

 Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir.

 

Ədliyyə Nazirliyi “Məhkəmə qərarlarının icrası işinin təşkili” mövzusunda onlayn ictimai müzakirə təşkil edib

2020-09-04

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. 

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

2020-09-01

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların ölkəmizin ictimai həyatında əhəmiyyətinin artırılması, bu sahədə münasibətlərin sağlam zəmində və qarşılıqlı əməkdaşlıq əsasında qurulmasına dair səsləndirdiyi fikirlər daim diqqət mərkəzində saxlanılır.Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətlərinə əsasən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilmiş və partiyaların qeydiyyata alınması barədə nazirlik tərəfindən qərar qəbul edilmişdir.

 

Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

2020-08-27

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.Bu məqsədlə nazirlikdə vətəndaşların videoqəbulunun Qaydası müəyyən olunub, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində həmçinin, vətəndaşların müraciətlərinə elektron qaydada, o cümlədən sosial media vasitəsilə, habelə “qaynar xətt”lərə edilən müraciətlərinə baxılması təmin edilir, nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən davamlı olaraq müasir İKT-lər tətbiq olunmaqla videoformatda qəbullar keçirilir.