Xəbərlər

Hakimliyə namizədlərlə ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirilib

2020-08-07

Dövlətimizin başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq, vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

 

 

Penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur

2020-08-07

 Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı tövsiyə və tapşırıqları bütün dövlət qurumları kimi, Ədliyyə Nazirliyi tərəfindən də daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə genişmiqyaslı tədbirlər fasiləsiz həyata keçirilir.

 

Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

2020-07-27

 Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman həssaslıqla yanaşılmasını diqqətdə saxlamaqdır.COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində kütləvi tədbirlərlə yanaşı, bilavasitə qəbullar təxirə salınıb.

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYALARI SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİRLƏR

2020-07-23

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür, bu məqsədlə hakimlərin şəffaf seçimi aparılır.

Növbəti seçim zamanı uğur qazanmış 44 nəfər namizəd Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursuna cəlb olunub. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir. 

 

Cinayət mühakimə icraatında innovasiyalar tətbiq olunur

2020-07-20

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üzrə məqsədyönlü addımlar atılır. Dünyada tüğyan edən və insanların sağlamlığını təhdid edən COVİD-19 qlobal pandemiyasına qarşı qəti tədbirlər görülərək xalqımız dövlət başçısının və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu bəla ilə mübarizədə çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirirlər.Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində baş verən toqquşmalar və qanlı döyüşlər, hərbçilərimizin şücaəti dövlətimizin, ordumuzun gücünü, xalqımızın ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx səfərbər olmasını göstərir.