Xəbərlər

-

2020-07-13

 

 

Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə videokonfrans formatında görüş keçirilib

2020-07-07

 Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15-ə yaxın dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.Vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı görüşdə məqsəd koronavirus pandemiyasına qarşı görülən tədbirlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək olub.Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.

 

Jurnalistlərin nəzərinə!

2020-07-06

 2020-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 30.06.2020-ci il tarixdə imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirlərinin keçirilməsi tapşırılmışdır.

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

2020-06-30

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

 

ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ DİSTANT FORMADA BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

2020-06-24

 Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Martin Lüter adına Halle-Vittenberg Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli hüquq İnstitutu, Moskva Dövlət Universiteti, Ural Dövlət Hüquq Universiteti ilə birgə "Rəqəmsal mühakimə dövründə məhkəmə təcrübəsinin formalaşması problemləri" mövzusunda distant formada beynəlxalq elmi-praktiki konfrans keçirilib.