Xəbərlər

Ədliyyə Nazirliyi tərəfindən səmərəli probasiya nəzarəti həyata keçirilir

2020-06-16

 Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunmuşdur. Bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi fəaliyyət göstərir.Bu gün Probasiya xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.

 

15 iyun-Milli Qurtuluş günüdür

2020-06-12

 

 

Gənc ədliyyə işçiləri və könüllüləri ilə Milli Qurtuluş Gününə həsr olunmuş onlayn mühazirə keçirilib

2020-06-11

 1993-cü ilin iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Bu gün xalqımızın ən əlamətdar bayramlarından olmaqla hər il ölkəmizdə geniş qeyd olunur, bu münasibətlə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla silsilə tədbirlər keçirilir.Nazirlik tərəfindən gənc ədliyyə işçilərinin, eləcə də bu il "Könüllülər ili" çərçivəsində ədliyyə fəaliyyətinə geniş cəlb olunmuş könüllülərin hərtərəfli, dövlətçiliyə sədaqət, milli və vətənpərvərlik ruhunda inkişafına, maariflənməsinə hər zaman böyük önəm verilir.

 

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir

2020-06-09

 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda inamla irəliləyir, müasir çağırışlara uyğun genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.Dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında verilmiş tapşırıqlara əsasən tabe qurumların kollektivləri ilə xüsusi karantin rejiminə əməl olunmaqla video-əlaqə vasitəsilə müşavirələr keçirilir.

 

"Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans keçirilib

2020-06-02

 Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında görüş keçirilib.Tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.Görüşdə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı qorunması üzrə ölkəmizdə görülən tədbirlər, bu sahədə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin, UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub.