Xəbərlər

Hakim və prokurorlar Bolqarıstan Milli Ədliyyə İnstitutunun təşkil etdiyi vebinarda iştirak ediblər

2020-05-29

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən beynəlxalq əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verilərək, Bolqarıstan Milli Ədliyyə İnstitutu ilə səmərəli əməkdaşlıq edilir, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər təşkil olunur.Pandemiya dövründə distant təlimlərin önəmi nəzərə alınaraq, Bolqarıstan Milli Ədliyyə İnstitutu tərəfindən mayın 20-də “COVİD–19 pandemiyası şəraitində cinayətkarlığın tendensiyaları" mövzusunda onlayn qaydada vebinar keçirilib.Avropa, Asiya və Şimali Amerikanın 20-dən çox ölkəsindən 120-dən artıq hakim və prokurorların iştirak etdikləri tədbirə Azərbaycanın birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları və Ədliyyə Akademiyasının əməkdaşları qatılıblar.

 

 

Heydər Əliyev-97

2020-05-08

 

Heydər Əliyev-97

 

Növbəti müsabiqə üzrə uğur qazanmış namizədlər ədliyyə orqanlarına qulluğa qəbul olunmuşlar

2020-05-08

 Ədliyyə orqanlarında vakant ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi tədbirləri davam etdirilir.Nazirliyin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurularaq uğur qazanmış namizədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmuşlar.

 

Ədliyyə Akademiyasında distant təlimlər keçirilir

2020-03-19

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Tədris prosesinin elektronlaşdırılması və təlim materiallarının dinləyicilərə əlçatanlığının təmin edilməsi məqsədilə Akademiyanın 2017-ci ildən tətbiq olunan Elektron Tədris Platformasının (Moodle Proqramı) imkanları genişləndirilir.

 

Hakimliyə namizədlərin tədrisi davam edir

2020-03-06

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir. Hazırda imtahanlarda uğur qazanmış 44 nəfər namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında tədris kursu keçirlər. Kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə xüsusi diqqət yetirilir.