Xəbərlər

MƏHKƏMƏ EKSPERTİZASI FƏALİYYƏTİNƏ DAİR QANUNVERİCİLİKDƏKİ YENİLİKLƏRƏ DAİR SEMİNAR KEÇİRİLİB

2019-12-30

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən çoxsaylı yeni qanun layihələri hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu yaxınlarda məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qanunlar qəbul olunub.

 

ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2019-12-25

Ədliyyə Akademiyasında Penitensiar Xidmətin əməkdaşları və icra məmurları üçün “Əmək və icra intizamının gücləndirilməsi məsələləri” mövzusunda  ardıcıl təlimlər keçirilib.

160-dək ədliyyə işçisinin cəlb edildiyi təlimlərdə “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Ədliyyə orqanlarının işçilərinə tətbiq edilən intizam tənbehləri”, “Penitensiar Xidmətdə vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması qaydası”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırlıb.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-12-20

Ədliyyə Akademiyasında hakimlər üçün Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələlərimövzusunda ixtisasartırma kursu keçirilib.

 

34 hakimin iştirak etdiyi kursda Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin mühazirələri dinlənilib.

Kursda yaşayış sahəsinin təyinatının dəyişdirilməsi, onun yenidən planlaşdırılması və ya yenidən qurulması sahəsində yaranan mübahisələrə məhkəmədə baxılması xüsusiyyətləri, Mənzil-Tikinti Kooperativlərinin fəaliyyəti ilə bağlı yaranmış mənzil mübahisələrinə baxılmasının xüsusiyyətləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin hüquqi rejimi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan məhkəmə mübahisələrində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qarşılıqlı tətbiqi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-12-19

Ədliyyə Akademiyasında dekabr ayında Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan məhkəmələrin aparat işçiləri üçün  təlim keçirilib.

Təlim zamanı “Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin qəbuledilənlik şərtləri və Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırılması hüququ)” ,CEPEJ alətlərinə və metodologiyasına uyğun məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibi”, “Elektron məhkəmə” informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”  barədə mövzular tədris olunub.

 

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-12-18

Ötən günlərdə Ukrayna Milli Hakimlər Məktəbi və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Hüquq təhsili vasitəsilə insan hüquqlarının müdafiəsi: ən yaxşı təcrübələr və standartların təkmilləşdirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Ukrayna Respublikasının Ali Məhkəməsində baş tutan tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov iştirak edib.

Konfransda Qərbi və Şərqi Avropanın bir sıra ölkələrindən hakimlərin tədrisini həyata keçirən qurumların nümayəndələri, Avropa Şurasının nümayəndələri və ekspertlər, hakim təlimçilər və alimlər də iştirak ediblər.