Xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASININ MƏLUMATI

2019-12-16

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsi kimi fəaliyyət göstərir.

Ədliyyə Akademiyası aşağıda adları qeyd olunan baş müəllim və  müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir:

 

 

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ VİDEO-KONFRANS VASİTƏSİLƏ TƏLİM KEÇİRİLİB

2019-12-13

Son illərdə Ədliyyə Akademiyası və Avropa İnsan Hüquqları Məhkəməsi arasında Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri ilə bağlı video-konfransların keçirilməsi davamlı xarakter alıb. Ədliyyə Akademiyasında insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur.

Cari ilin 13 dekabr tarixində Ədliyyə Akademiyasında Avropa İnsan Hüquqları Məhkəməsi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ)” mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-12-10

Dekabr ayında Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunda “Hüquqi dəyərlərmüqayisəli hüququn diqqəti mərkəzində” IX Beynəlxalq Müqayisəli Hüquq Konqresi keçirilib.

Ənənəvi olaraq, Hüquq vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası (Avropa Şurasının Venesiya Komissiyası) ilə birlikdə təşkil olunan tədbirdə və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov iştirak edib.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA PROKURORLUQ ORQANLARINA QULLUĞA QƏBUL EDİLƏN NAMİZƏDLƏRİN İCBARİ TƏLİM KURSU BAŞLAYIB

2019-12-10

 

Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 29 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin başlanması ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Ədliyyə Akademiyasının Elmi katibi Vüsal Əhmədov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Baş Prokurorluğunun Kadrlar idarəsinin rəis müavini Nigar Talıblı namizədlər qarşısında çıxış ediblər.

 

 

ƏDLİYYƏ AKADEMİYASI VƏ ƏQLİ MÜLKİYYƏT AGENTLİYİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ “ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİNİN TƏMİNATI: İXTİSASLAŞMIŞ MƏHKƏMƏLƏRİN MİLLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2019-12-06

Cari il 5-6 dekabr tarixlərində Ədliyyə Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilmişdir.

Seminarda ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış etmişdir.