Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ KONFRANS KEÇİRİLİB

2019-12-04

Avropa Şurası və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi və onun Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması” mövzusunda konfrans keçirilib.

Tədbirdə 60-dək birinci və apellyasiya instansiya məhkəməsinin hakimi və prokurorluq orqanlarının əməkdaşı  iştirak edib.

 

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN KURSLAR KEÇİRİLİB

2019-11-29

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasında iki tədris kursu keçirilib.

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil edilən tədris kurslarında ümumilikdə 23 nəfər dinləyici qismində iştirak edib. Tədris kursunda “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin rolu”, “Yerli turizmin, eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin iştirakı”, Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Vergi uçotunun qurulması, yerli vergi və ödənişlərin nəğdsiz ödəmə vasitəsilə həyata keçirilməsi”, “Beynəlxalq təcrübəyə əsasən insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” kimi mühazirələr iştirakçıların diqqətinə çatdırılıb.

 

ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2019-11-27

Ədliyyə Akademiyasında Penitensiar Xidmətin əməkdaşları və icra məmurları üçün “Əmək və icra intizamının gücləndirilməsi məsələləri” mövzusunda iki təlim keçirilib.

50-dək ədliyyə işçisinin cəlb edildiyi təlimdə “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Ədliyyə orqanlarının işçilərinə tətbiq edilən intizam tənbehləri”, “Penitensiar Xidmətdə vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması qaydası”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırlıb.

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-11-18

Ədliyyə Akademiyasında Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan məhkəmələrin aparat işçiləri üçün  təlim keçirilib.

Təlim zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırılması hüququ)”, “Korrupsiya əleyhinə mübarizə”, CEPEJ alətlərinə və metodologiyasına uyğun məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibibarədə mövzular tədris olunub.

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-11-15

Ədliyyə Akademiyasında hakimlər üçün “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

21 hakimin iştirak etdiyi kursda  Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təqdimatları dinlənilib.