Xəbərlər

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MOLDOVADA REGİONAL KONFRANSDA İŞTİRAK EDİB

2016-10-25

Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin nəzdində həyata keçirilən “Beş Şərq Tərəfdaşlığı ölkəsində qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsı” adlı regional layihəsi ilə Ədliyyə Akademiyasının əməkdaşlıq imkanları geniş istifadə edilməkdədir. Layihə çərçivəsində qadın hüquqları ilə bağlı təlimlərin həyata keçirilməsi və həmin  sahə üzrə tədris vasitələrinin hazırlanması və azərbaycan və ingilis dillərində nəşr edilməsi nəzərdə tutulur.

 

24-25 oktyabr 2016-cı il tarixlərində Moldovanın Kişinyov şəhərində Avropa Şurası tərəfindən Moldova Respublikası Milli Ədliyyə İnstitutunun əməkdaşlığı ilə birgə “Beş Şərq Tərəfdaşları ölkəsində qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi məqsədi ilə məhkəmə sisteminin potensialının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Vəkillər Kollegiyasının nümayəndələri və layihə üzrə milli ekspert iştirak etmişdirlər.

 

Tədbirin əsas məqsədləri qadınların ədalət mühakiməsinə çıxışını çətinləşdirən maneələrin aradan qaldırılması, qadın hüquqlarının müdafiəsi üçün vasitələrin müzakirəsi və müəyyən edilməsi, müvafiq beynəlxalq təcrübənin bölüşməsi, qadınların ədliyyəyə ədalətli və bərabər  çıxışının təmin edilməsi üçün həmin sahə üzrə mütəxəssis potensialının gücləndirilməsi üçün alətlərin geniş yayılmasının təmin edilməsi olmuşdur.

 

Yuxarıda göstərilənlərlə yanaşı, “Beş Şərq Tərəfdaşları ölkəsində qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Qadınların ədalət mühakiməsinə çıxışının təmin edilməsi üçün dərs vəsaitinin layihəsi hazırlanmışdır. Konfransda Həmin dərsliyin layihəsinin təqdimatı həyata keçrilmişdir  Dərsliyin ümumi hissəsi Hüquq məsələləri üzrə beynəlxalq məsləhətçi Elizabet Dyuban tərəfindən, milli hissələr isə aidiyyəti üzrə Ermənistanın, Gürcüstanın, Moldovanın və Ukraynanın milli ekspertləri tərəflərindən işıqlandırılmışdır, bunlarla yanaşı qeyd edilən məsələlərlə bağlı Bolqarıstan, Rumıniya, Makedoniya və digər ölkələrin təcrübələri öyrənilmişdir.

 

Eyni zamanda layihə çərçivəsində, cari ilin 31 may tarixində həmin layihə çərçivəsində Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Qadınların ədalət mühakiməsinə çatımlılığının təmin edilməsi” mövzusunda 18 nəfər hakim üçün təlim keçirilmişdir. Təlim qeyd edilən layihə üzrə milli ekspert Könül Qasımova tərəfindən tədris aparılmışdır. Növbəti təlimin keçirilməsi cari dilin dekabr ayı üçün nəzərdə tutulur.