Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-10-28

Ədliyyə Akademiyası Avropa Şurasının 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı  layihənin icrası ilə əlaqədar bir sıra təlimlər təşkil edir. Layihə çərçivəsində növbəti təlim cari ilin 27-28 oktyabr tarixlərində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Park İnn” mehmanxanasında hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 9-cu maddəsi (fikir, vicdan və din azadlığı)”  mövzusunda keçirilmişdir.

 

Təlimdə I instansiya məhkəmələrinin hakimləri olmaqla, 22 hakim iştirak etmişdir.

 

Keçirilmiş təlim zamanı Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyev, Masallı Rayon Məhkəməsinin sədri Hilal Xəlilov və Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyevanın təqdimatları dinlənilmişdir.

 

Təlimçilər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin tətbiqi ilə bağlı yoxlamanın ilk mərhələsi, şəxsi həyat və ailə həyatı, mənzilə hörmət hüququ və yazışma sirrinin toxunulmazlığı hüququ, Konvensiyanın 9-cu maddəsinin tətbiq dairəsi, fikir, vicdan və din azadlığı, Konvensiyanın 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş hüquqların məhdudlaşdırılması, 8-ci və 9-cu maddələr üzrə geri çəkilmə müddəası: dövlətin mülahizə sərbəstliyi, dövlətin pozitiv və neqativ öhdəlikləri kimi məsələlər, eyni zamanda  HELP Proqramının Azərbaycan hakimləri üçün əlaqələndiricisiZülfiqar Babayev tərəfindən Avropa Şurasının HELP Proqramının təqdimatı əyani şəkildə hakimlərin diqqətinə çatdırılmışdır.

 

Təlimin yekununda hakimlərə təlimdə iştirakla bağlı sertifikart təqdim edilmişdir.