Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-11-24

Ədliyyə Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 24-də Akademiyada keçirilmiş növbəti ixtisasartırma kursu "Beynəlxalq humanitar hüququn pozuntularının təqibi və beynəlxalq cinayət hüququ çərçivəsində təqibin aparılmasının praktiki aspektləri" mövzusuna həsr olunub.

 

 

17 hakimin iştirak etdiyi kursda hüquq məsələləri üzrə regional məsləhətçi, BQXK-nın Rusiya Federasiyası, Moldova və Belarus dövlətlərindəki nümayəndəliyinin təmsilçisi Anastasiya Kuşleyko, Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Tribunalların Apellyasiya Palatasının keçmiş hakimi Bəxtiyar Tuzmuxamedov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vəfaddin İbayev və Bakı Dövlət Universitetinin müəllimi Rahim Məmmədovun mühazirələri dinlənilib.

 

 

Tədbirdə beynəlxalq humanitar hüququn anlayışı və pozuntularının təqibinin hüquqi tənzimlənməsi, Azərbaycan məhkəmələrində beynəlxalq məhkəmələr və tribunalların presedent hüququndan istifadə olunması, beynəlxalq tribunallar və beynəlxalq cinayət hüququna giriş, beynəlxalq tribunallarda cinayət təqibinin aparılmasının praktiki tərəfləri kimi məsələlər tədris olunub.