Xəbərlər

VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2016-12-14

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

 

 

Dekabrın 13-14-də Bakı şəhərində “Excelsior” mehmanxanasında vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (Yaşamaq hüququ) və 5-ci maddə (Azadlıq və toxunulmazlıq hüququ)”  mövzusunda iki günlük  təlim keçirilib. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 36 üzvü cəlb edilib.

 

 

 

Təlim proqramında nəzərdə tutulmuş mövzular qeyd olunan layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Babək Həmidov, Elxan Quliyev, Nihad Əliyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini h.e.f.d Gülnaz Ələsgər və Bakı Dövlət Universitetinin dosenti Zaur Əzimov tərəfindən tədris olunub.