Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATININ (BQMT) NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

2017-10-12

Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə (BqMT) “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” (ENCT) layihəsi həyata keçirilir. Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə, digər dövlət orqanları ilə yanaşı, Ədliyyə Nazirliyi və onun Akademiyası tərəfindən də icra olunur.

 

Layihə çərçivəsində Ədliyyə Akademiyasında “İnsan alverinə qarşı mübarizə” təlim proqramının hazırlanması üçün 14 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupunun tərkibinə Ədliyyə Akademiyası, Baş Prokurorluq, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Bakı Ağır Cinayətlər Məhkəməsi, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri və BMqT tərəfindən cəlb olunan mütəxəxəssislər daxil edilmişlər. İşçi qrupunun tərkibinə beynəlxalq ekspert qismində Makedoniya Respublikası Ədliyyə Akademiyasının rektoru xanım Aneta Arnaudovska və BMqT-nin eksperti Shareen Tuladhar cəlb edilmişlər.

 

12 oktyabr 2017-ci il tarixdə İşçi Qrupunun ilk iclası keçirilmişdir. İclasda təkmilləşdirilmiş təlim vəsaitinin hazırlanması üzrə İşçi Qrupu üçün texniki tapışırıq təqdim edilmişdir. İşçi qrupunun iclasında layihənin əsas məqsədləri və prioritetləri müəyyən edilmiş, ilkin mərhələdə kurrikulumun, daha sonra modulların hazırlanması barədə məlumat verilmişdir.

 

 

Beynəlxalq ekspert, xanım Aneta Arnaudovska təkmilləşdirilmiş tədris vəsaitinin rəhbər prinsiplərini əhatə edən modullar barədə təqdimatını təqdim etdikdən  sonra bütün iştirakçılar bu modullar və tədris vəsaitinin ilkin layihəsini, nəzərdə tutulan təlimçilərin təlimi və kaskad təlimlərin strukturunu müzakirə edərək tövsiyələrini bildirmişlər. Təlim proqramının hazırlanması üçün işçi qrupunun üzvlərindən yazılı təkliflərin hazırlanması xahiş olunmuşdur.