Xəbərlər

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-12-04

4-6 dekabr tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və  Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə Şəki şəhərində “Beynəlxalq miqrasiya hüququ” mövzusunda  təlim təşkil olunub.

 

Hakim və vəkillərin iştirak etdikləri təlimdə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Humay Eminli açılış nitqi ilə çıxış edib.

 

Kurs zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Natəvan Rüstəmova və Natiq Məmmədovun təqdimatları  dinlənilib.

 

Təlimdə  Beynəlxalq Miqrasiya Hüququnun əsas elementləri/subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, insan alveri transmilli cinayət kimi, BMH standartlarının tətbiqində hüquq-muhafizə orqanlarının, məkhəmələrin və vəkillik institutunun rolu, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi, geri qaytarılmama prinsipi/sığınacaq üçün müraciət edən şəxslərin geri qaytarılmama prinsipi (non-refoulement), ölkəyə daxil olma və qalmanın tənzimlənməsi, ölkədən çıxışın tənzimlənməsi, sərbəst hərəkət azadlığının təmin edilməsi, beynəlxalq insan hüquqlarına giriş, bərabərlik və ayrıseçkiliyin məruzqalmama dair əsas prinsiplər, yaşamaq, toxunulmazlıq və azadlıq hüquqla , vicdan azadlığı və s. kimi məsələlər  iştirakçıların diqqətinə çatdırılıb.