"İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ POTENSİALLARIN ARTIRILMASI" LAYİHƏSİ BAŞA ÇATIB

 

2019-06-19

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam Isakzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Xarici İşlər Nazirliyi Humanitar və Sosial məsələlər idarəsinin rəhbəri Əlimirzamin Əskərov, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev və Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov giriş nitqi ilə çıxış edib, layihənin icrası dövründə keçirilmiş təlimlərdən, təşkil olunmuş tədris səfərlərindən, çap olunmuş kurikulum və dərs vəsaitindən və digər görülmüş işlər barədə məlumat verib, layihənin uğurlu gedişatından bəhs ediblər.
Daha sonra BMqT-nin Azərbaycandakı Nümayəndəliyində layihə rəhbəri Marija Nikolovska layihə çərçivəsində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tədbirdə hakimlər, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Akademiyasının əməkdaşları, Vəkillər Kollegiyasının üzvü və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
2016-cı ilin noyabr ayından etibarən Avropa İttifaqı və BMqT-nin İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin məqsədi insan alverinə qarşı effektiv mübarizə aparmaq və insan alveri qurbanlarını müdafiə etmək sahəsində bilik və bacarıqların artırılmasından ibarət olub.

Yekunda BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri V.Gjorgjiev layihə çərçivəsində uğurlu əməkdaşlığa görə Təşkilatın tərəfdaşlarına təşəkkürnamələr təqdim edib. 

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ TƏMİNATINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİN ROLUNA DAİR KONFRANS-TƏLİM KEÇİRİLİB

 

2019-06-14

İyunun 14-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov sabah iyunun 15-nin Milli Qurtuluş Günü - Ulu Öndərin hakimiyyətə qayıdışı günü olduğunu qeyd edib, Azərbaycanın bugünkü həyatının və reallıqlarının həmin Qurtuluşa arxalandığını, Ümummilli Liderimizin istər müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı, istərsə də müasir məhkəmə-hüquq sistemimizin banisi olduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. 

 

Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI İLƏ BİRGƏ İXTİSASARTIRMA KURSU KEÇİRİB

2018-12-10

10-12 dekabr  tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və  Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Cinayət təqibini həyata keçirən orqanlar üçün insan alverinə qarşı mübarizə” mövzusunda  üç günlük kaskad təlim təşkil olunub.

 

Hakimlər, vəkillər, prokurorlar və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə Sumqayıt Apellyasiya Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin və Azərbaycan Respublikasının  Vəkillər Kollegiyasının üzvünün mühazirələri dinlənilib.

 

Təlimdə insan alveri  və digər cinayətlər arasında fərq yaradan milli aspektlər, risk faktorları və risk qrupları, insan alveri  və digər cinayətlər arasında fərqləri aşılayan beynəlxalq hüquqi çərçivə əsas hüquqi anlayışlar, insan alverinin obyektiv və subyektiv elementləri arasında fərqin müəyyən edilməsinə aid beynəlxalq anlayışlar, yerli təcrübədə insan alveri üzrə beynəlxalq anlayışların tətbiqində  yaranan problemlər, qurbanlar, müəyyənləşdirmə faktorları, qurban olmaq riski, cinayətdə qurbanlar və cinayət iştirakçılar arasındakı fərqlər, milli istiqamətləndirmə mexanizminin rolu, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rolu, prosessual tədbirlər (qurbanın şəxsiyyətinə hörmət, profilaktik və qoruyucu tədbirlər, qurbanlara yardım, qanuni təmsilçilik, cinayət prosesində kompensasiya hüququ və digər hüquqlar), şahidlərin qorunması hallarında ədalətli mühakimə üzrə AİHM-in müvafiq kazusları da daxil olmaqla beynəlxalq aspektlər, milli aspektlər, insan alveri  insan hüquqlarının pozulması kimi (Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) təcrübəsi yanaşması) və AİHM aid iddianın təqdim edilməsi, AİHM-in yerli məhkəmə təcrübəsində həyata keçirilməsi, cinayətin aşkar edilməsində, sübutların toplanmasında və açıqlanmasında cinayət təqibi orqanlarının rolu və səlahiyyətləri və s. mövzularda məlumatlar iştirakçıların diqqətinə çatdırlıb.