AVROPA İTTİFAQI-AZƏRBAYCAN ƏDLİYYƏ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK, İNSAN HÜQUQLARI VƏ DEMOKRATİYA MƏSƏLƏLƏRİ ÜZRƏ ALT KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

 

2021-04-28

Bakı, 27 aprel, AZƏRTACAprelin 26-27-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC -a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

 

PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ APARILAN MÜTƏRƏQQİ İSLAHATLAR MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİ RƏQƏMSAL ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİR

 

2021-04-28

 Bakı, 28 aprel, AZƏRTACBu günlərdə hüquq sisteminin rəqəmsal texnologiyalar əsasında inkişafına, bu sahədə müasir çağırışlara həsr olunmuş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu keçirilib. Forumun mövzusunun aktual və əhəmiyyətli olduğunu nəzərə alaraq AZƏRTAC tədbirdə Azərbaycanı təmsil etmiş ədliyyə naziri Fikrət Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik. – Hörmətli Fikrət müəllim, məlumat verdiyimiz kimi, bu yaxınlarda keçirilmiş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusuna həsr olunub.

 

Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-12-18

Ötən günlərdə Ukrayna Milli Hakimlər Məktəbi və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Hüquq təhsili vasitəsilə insan hüquqlarının müdafiəsi: ən yaxşı təcrübələr və standartların təkmilləşdirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Ukrayna Respublikasının Ali Məhkəməsində baş tutan tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov iştirak edib.

Konfransda Qərbi və Şərqi Avropanın bir sıra ölkələrindən hakimlərin tədrisini həyata keçirən qurumların nümayəndələri, Avropa Şurasının nümayəndələri və ekspertlər, hakim təlimçilər və alimlər də iştirak ediblər.

Konfrans zamanı müxtəlif ölkələrin təhsil müəssisələri tərəfindən keçirilən hakim və hakimliyə namizədlərinin təliminə dair təcrübə və ən yaxşı praktikalarının mübadiləsi, müxtəlif ölkələrin təcrübələrini nəzərə alaraq, hakimlərin hazırlanması üçün yanaşma və metodlarla bağlı geniş peşəkar müzakirə aparılıb.

Konfrans hakimlərin təliminin aktual məsələlərinə dair mövzular üzrə sessiyalar formatında təşkil olunub.

Elçin Xələfov konfransın I Sessiyasında  “Azərbaycan Respublikasında hakimlərin ilkin və davamlı təliminin vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Çıxışın ardından konfrans iştirakçıları tərəfindən Elçin Xələfov konfrans iştirakmıları tərəfindən verilən sualları cavablandırıb.

Konfrans insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının daha yaxşı yerinə yetirilməsi üçün məhkəmə hazırlığının təkmilləşdirilməsinə dair Kiyev tövsiyələrin qəbulu ilə nəticələnib.

Ukrayna Milli Hakimlər Məktəbi və Avropa Şurası tərəfindən keçirilən "Hüquq təhsili vasitəsilə insan hüquqlarının müdafiəsi: ən yaxşı təcrübələr və standartların təkmilləşdirilməsi" adlı yüksək səviyyəli beynəlxalq konfransda iştirak Ədliyyə Akademiyasının elmi əlaqələrinin genişləndirilməsi, Azərbaycan Respublikasında keçirilən geniş məhkəmə-hüquq islahatlara dair təcrübənin dünyanın qabaqcıl ekspert və alimlərinə çatdırılması, eyni zamanda digər ölkələrin müvafiq təcrübələrinin öyrənilməsi istiqamətində faydalı olub.