Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASI “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ YENİDƏN BAXILMIŞ AVROPA SOSİAL XARTİYASININ YERLİ SƏVİYYƏDƏ İCRA OLUNMASI İLƏ BAĞLI VƏKİLLƏRİN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN BACARIQLARININ ARTIRILMASI” ADLI LAYİHƏ HƏYATA KEÇİRİLİR

2014-09-05

Avropa Şurası Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində Hökumətin islahat siyasətini dəstəkləmək məqsədilə “Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” adlı iki illik layihənin icrasını həyata keçirir. Bu regional layihənin 2013-2015-ci illərdə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və Ukraynada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Akademiyası bu layihə üzrə əsas yerli tərəfdaş təşkilatdır.

 

Belə ki, Avropa Birliyi və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçirilən bu layihə çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan əsassız və qəbuledilməyən ərizələrin sayının azaldılması məqsədilə, yaxşı əsaslandırılmış ərizələrin hazırlanması istiqamətində vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” mövzusunda Ədliyyə Akademiyasının əməkdaşlığı ilə vəkillər və hüquq müdafiəçiləri üçün təlimlər keçirilmişdir. Bakı, Gəncə, Lənkəran və digər regionlarda keçirilən təlimlərdə 105 nəfər vəkil və hüquq müdafiəçiləri iştirak etmişlər. Layihə çərçivəsində 12 nəfər təlimçi (vəkillər) hazırlanmış və onlar Ədliyyə Akademiyasında vəkillər üçün bu mövzular üzrə təşkil olunan təlimlərdə təlimçi qismində iştirak edirlər.

 

Müvafiq layihənin icrası ilə əlaqədar vəkillər və hüquq müdafiəçiləri üçün nəzərdə tutulmuş təlimlər davam etməkdədir.