Xəbərlər

FRANSA RESPUBLİKASININ MƏHKƏMƏ-PROKURORLUQ MƏKTƏBİ VƏ ƏDLİYYƏ AKADEMİYASI ARASINDA DİNLƏYİCİLƏRİN (HAKİMLƏRİN) MÜBADİLƏSİ PROQRAMI DAVAM ETDİRİLİR

2014-09-22

Qeyd olunduğu kimi Fransanın Məhkəmə-Prokurorluq Məktəbi (Milli Magistratura Məktəbi) və Ədliyyə Akademiyası arasında 16.07.2013-cü il tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən hakimliyə namizədlər və hakimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulmuşdur və həmin protokola uyğun olaraq Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin dinləyicisi, hakimliyə namizəd xanım Annabel Lesos 24 fevral-14 mart 2014-cü il tarixində təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak etmişdir.

 

Əməkdaşlıq münasibətlərinin davamı olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri Fuad Talışinski, Elnur Həsənov və Abiddin Hüseynov 22-26.09.2014-cü il tarixdə Fransa Respublikasının Paris şəhərində yerləşən Milli Magistratura Məktəbində “Əcnəbi hakimlər və prokurorlar üçün Fransa məhkəmə təcrübəsi” proqramı çərçivəsində təşkil edilmiş kursda iştirak etmişlər.

 

Kursun proqramı çərçivəsində Azərbaycanlı hakimlər Milli Magistratura Məktəbində qarşılandıqdan sonra Paris Ədliyyə Sarayında Fransalı prokurorlar və  hakimlərlə görüşmüşlər. Görüşlər zamanı Fransa prokurorluq sistemi haqqında ümumi məlumat vermış, Azərbaycan və Fransa prokurorluq sistemləri arasında oxşar və fərqli cəhətlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Eyni zamanda Fransa məhkəmə sisteminin təşkili ilə bağlı təqdimatlar dinlənilmiş,boşanma və ailə mübahisələri üzrəməhkəmə işləri ilə bağlı məlumat verilmişbu sahədə ölkələrimiz arasındakı təcrübələrin müxtəlif yanaşmaları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Həmçinin iştirakçılar məhkəmə və Fransa Respublikası Dövlət Şurasının binaları ilə tanış olmuş,bir neçə cinayət işi üzrə ilkin istintaqsız açıq məhkəmə proseslərini dinləmək imkanı əldə etmişlər. Proqram çərçivəsində inzibati məhkəmələrin iş fəaliyyəti ilə bağlı məlumat verilmiş iştirakçıları maraqlandıran suallar cavablandırılaraq hər iki dövlətin inzibati məhkəmə təcrübəsi sahəsində fikir mübadiləsi aparılmışdır. Səfər proqramı çərçivəsində Paris Vəkillər Kollegiyasında da görüş keçirilmiş, Fransada vəkillik institutunun fəaliyyəti barədə təqdimat dinlənilmişdir.Təcrübənin sonunda iştirakçılara Milli Magistratura Məktəbində müvafiq staj keçmə barədə sertifikatlar təqdim edilmişdir.