Xəbərlər

BAKIDA “MÜLKİ PROSESDƏ BARIŞIQ SAZİŞİ” MÖVZUSUNDA BEYNƏLXALQ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-11-13

Ədliyyə Akademiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçiliği ilə 12.11-13.11.2014-cü il tarixlərdə Bakı şəhərində “Park İnn” mehmanxanasında Türkiyə, Azərbaycan və Gürcüstan hakimlərinin, vəkillərinin və alimlərinin iştirakı ilə “Mülki prosesdə barışıq sazişi” mövzusunda 2 günlük dəyirmi masa/seminar keçirilmişdir.

 

        

Təlimdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Tomas Herrmann, Berlin 1-ci instansiya məhkəməsində mülki işlər üzrə hakimi Tomas Melser açlış nitki ilə çıxış etmişlər.

 

        

Daha sonra mövzuya aid məruzələr dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Proqram çərçivəsində  xaricdən gələn seminar iştirakçıları Azərbaycan Respublikası Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Bakı şəhəri Yasamal rayon Məhkəməsi ilə tanış olmuşlar. Həmçinin,  mədəni proqram çərçivəsində onlar Bakı şəhərinin görməli yerləri ilə tanış olmaq imkanı əldə etmişlər.