Xəbərlər

AVROPA MƏHKƏMƏSİNİN PRESEDENTLƏRİNİN ÖYRƏNİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

2015-01-21

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə mühüm  əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

 

Ədliyyə Akademiyası tərəfindən Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ" mövzusunda Qəbələ şəhərində geniş seminar keçirilib.

 

 

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏDRİSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR

2015-01-07

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təmin edilməsinə yönələn köklü hüquqi islahatlar aparılır, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür.

İnsan haqlarının qorunmasında məhkəmə səhvlərinin qarşısının alınmasında hakimlər tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun mükəmməl öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

 

HAKİMLƏR, PROKURORLAR VƏ VƏKİLLƏR ÜÇÜN “MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA İKİ GÜNLÜK TƏLİM KEÇİRİLMİŞDİR

2014-12-02

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı problemin həlli tam planlı yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

 

Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və cinayət təqibinə...

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA APARILAN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI ÇƏRÇİVƏSİNDƏ YUVENAL ƏDLİYYƏNİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİLİR

2014-11-29

Azərbaycan Respublikasında yuvenal ədliyyənin inkişaf etdirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir. Ölkəmizdə yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün 2008-ci ildən hal-hazıradək UNİCEF-lə birgə hər il üçün müvafiq fəaliyyət planı imzalanaraq icrası üzrə zəruri tədbirlər görülür. Sonuncu dəfə cari ilin...

 

 

BAKIDA “MÜLKİ PROSESDƏ BARIŞIQ SAZİŞİ” MÖVZUSUNDA BEYNƏLXALQ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-11-13

Ədliyyə Akademiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçiliği ilə 12.11-13.11.2014-cü il tarixlərdə Bakı şəhərində “Park İnn” mehmanxanasında Türkiyə, Azərbaycan və Gürcüstan hakimlərinin, vəkillərinin və alimlərinin iştirakı ilə “Mülki prosesdə barışıq sazişi” mövzusunda 2 günlük dəyirmi masa/seminar keçirilmişdir.

        

Təlimdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Tomas Herrmann, Berlin 1-ci instansiya məhkəməsində mülki işlər üzrə hakimi Tomas Melser...