Xəbərlər

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MOLDOVADA REGİONAL KONFRANSDA İŞTİRAK EDİB

2016-10-25

Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin nəzdində həyata keçirilən “Beş Şərq Tərəfdaşlığı ölkəsində qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsı” adlı regional layihəsi ilə Ədliyyə Akademiyasının əməkdaşlıq imkanları geniş istifadə edilməkdədir. Layihə çərçivəsində qadın hüquqları ilə bağlı təlimlərin həyata keçirilməsi və həmin  sahə üzrə tədris vasitələrinin hazırlanması və azərbaycan və ingilis dillərində nəşr edilməsi nəzərdə tutulur.

 

 

24-25 oktyabr 2016-cı il tarixlərində Moldovanın Kişinyov şəhərində Avropa Şurası tərəfindən Moldova Respublikası Milli Ədliyyə İnstitutunun əməkdaşlığı ilə birgə “Beş Şərq Tərəfdaşları ölkəsində qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi məqsədi ilə məhkəmə sisteminin potensialının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Vəkillər Kollegiyasının nümayəndələri və layihə üzrə milli ekspert iştirak etmişdirlər.

 

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİLƏ BİRGƏ TƏLİM KEÇİRİLMİŞDİR

2016-10-07

Cari ilin 6-7 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə  əldə olunmuş razılığa əsasən Ədliyyə Akademiyasında xidmətin orta rütbəli əməkdaşlarıüçün tədris kursu keçirilmişdir.

 

 

 

Kursun açlışında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin başçısı Elena Aymone Sessera, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə Proqramı üzrə koordinatoru Martin Kelemenis, Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov çıxış etmişlər.

 

 

 

BOLQARISTANA TƏDRİS SƏFƏRİ

2016-10-01

Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin  Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində cari ilin 28 sentyabr - 01 oktyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş və Milli Ədliyyə İnstitutuna Təlim Səfəri təşkil edilmişdir.

 

 

Tədbirdə Ədliyyə Akademiyasından Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Əfqan Ələkbərov, Ədliyyə Akademiyasının Elmi-tədqiqat və məhkəmə presedenti şöbəsinin rəisi vəzifəsini icra edən Vüsal Əhmədovla birlikdə  Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri İlqar Xələfov, Baki Apellyasiya Məhkəməsinin hakimi Toğrul Əliyev, Avropa Şurasının eksperti Araz Paşayev, Avropa Şurasının Bakıdakı ofisində layihə assistenti Nərgiz Abdullayeva iştirak etmişlər.

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN AVROPA ŞURASI İLƏ BİRGƏ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİMÇİLƏRİN TƏLİMİ TƏŞKİL EDİLİB

2016-09-02

Ədliyyə Akademiyası və Avropa Şurası tərəfindən“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində hakimlərin təliminin təkmilləşdirilməsi ilə bağlı növbəti təlimçilərin təlimi təşkil edilib.

 

 

Cari ilin 1-2 sentyabr tarixlərində “Park İnn” mehmanxanasında keçirilmiş təlimdə 9 hakim və Ədliyyə Akademiyasının 5 Əməkdaşı iştirak edib.

 

 

 

 

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR

2016-08-26

Cari ilin 25-26 avqust tarixlərində “Holiday İnn” mehmanxanasında Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Ədliyyə tədris müəssisələrində məhkəmələrin idarə edilməsinə dair təlimin həyata keçirilməsi” mövzusunda seminar keçirilmişdir.

 

 

Seminarda layihə çərçivəsində cəlb olunan təlimçilər Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev,Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirova və Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədli, həmçinin Moldova Milli Ədliyyə Institutununheyəti, Fransa Milli Ədliyyə Məktəbinin nümayəndələri və CEPEJ eksperti iştirak ediblər.