Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA TƏLİMÇİLƏRİN TƏLİMİ LAYİHƏLƏRİ ÖZ NƏTİCƏLƏRİNİ VERİR

2015-10-15

Ədliyyə Akademiyasında keçirilən hakimlərin ixtisasartırma kurslarında təcrübi məsələlərin tədrisinə xüsusilə diqqət yetirir.

 

 

Bu məqsədlə Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma və ixtisasa buraxılış kurslarının müəllimləri (təlimçiləri) əsasən təcrübi əməkdaşlar sıralarından seçilir. Bu seçim meyarı keçirilən dərsləri daha  maraqlı edir  və ən əsası təcrübi baxımdan əhəmiyyətini artırır.

 

ƏDLİYYƏ AKADEMİYASINDA AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ ÖYRƏNİLMƏSİNƏ XÜSUSİ DİQQƏT ETDİRİLİR

2015-10-08

Ədliyyə Akademiyası Avropa Şurasının 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı  Layihənin icrasını davam etdirir. Layihə çərçivəsində 2015-ci ildə hakimlər, vəkillər, Ədliyyə Akademiyasının müəllim heyəti və digər Praktik hüquqşünaslar üçün Təlimçilər üçün Təlimlərin (ToT) keçirilməsi nəzərdə tutulmuşdur. Keçirilən təlimlər nəticəsində 60 nəfər iştirakçıdan 40 nəfər təlimçi seçilmişdir. Seçilən təlimçilərə may-oktyabr ayları ərzində 4 seminar təşkil edilmişdir. Seminarlarda təlimçilər “Avropa İnsan Hüquqları Konvensiyası” sahəsində biliklərini, habelə pedoqoji təcrübələrini dərinləşdirmişlər.

 

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLƏR BEYNƏLXALQ TƏCRÜBƏNİ ÖYRƏNİRLƏR

2015-04-30

Ədliyyə Akademiyası tərəfindən xarici dövlətlərin ixtisaslaşmış tədris qurumları və hüquqşünasların peşəkar birlikləri ilə əlaqələrə mühüm önəm verilərək tədris prosesində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təlim modellərinin tətbiqinə xüsusi diqqət yetirilir.

 

Bu günlərdə Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə səfərdə olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin (CCBE) nümayəndələri ilə birgə "Vəkillərin etik davranış qaydaları" mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda vəkillərin etik davranış məsələləri ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə diqqət yetirilib, CCBE tərəfindən qəbul olunmuş "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nə dair təqdimatlar dinlənilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

 

 

 

 

HAKİMLƏRİN TƏDRİSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

2015-04-01

 

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, o cümlədən məhkəmə fəaliyyətində müasir texniki vasitələrdən istifadəyə mühüm  əhəmiyyət verilir.  

 

Bununla əlaqədar Ədliyyə Akademiyası tərəfindən müasir İKT-lərlə təchiz edilmiş Bakı şəhəri Yasamal Rayon məhkəməsinin inzibati binasında hakimlər üçün "Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri" mövzusunda təlim təşkil edilib.

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİB

2015-03-17

Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə insan hüquqları ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair birgə iki illik layihə həyata keçirilir.

 

Həmin layihə çərçivəsində Şəki şəhərində ayrı-seçkiliyin qadağan olunması baxımından İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarına, xüsusilə mülkiyyətin müdafiəsi, şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının qorunmasına həsr olunmuş təlimlər keçirilib.