Xəbərlər

ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASINDA HÜQUQŞÜNASLAR ÜÇÜN “AZƏRBAYCAN RESPUBLİKASINDA MÜQAVİLƏ HÜQUQUNUN PROBLEMLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2015-03-04

 

Ədliyyə Akademiyasında 3-4 mart 2015-ci il tarixində “Azərbaycan Respublikasında müqavilə hüququnun problemləri” mövzusunda seminar keçirilmişdir.

 

Seminarın açılışını Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən cənab Elçin Xələfov, Kil Universitetinin Şərqi Avropa hüququ İnstitunun Direktoru Aleksandr Trunk və Ədliyyə Akademiyası vəkillərin ixtisasartırma fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən Anar  Bağırov çıxış etmişlər.

 

 

 

 

 

AVROPA ŞURASININ AZƏRBAYCAN ÜÇÜN 2014-2016-CI İLLƏR ÜZRƏ FƏALİYYƏT PLANININ TƏRKİB HİSSƏSİ OLAN “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ AVROPA İNSAN HÜQUQULARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

2015-02-24

Ötən müddətdə ölkəmizin AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətləri yüksələn xətlə dinamik inkişaf etmiş, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycanda mütərəqqi genişmiqyaslı islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə olunmuş, cari ilin mayında AŞ Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Eyni zamanda, Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edən bu mötəbər təşkilatın 2014-2016-cı illər üzrə ölkəmiz üçün Fəaliyyət Planı hazırlanaraq qəbul olunmuşdur. Fəaliyyət Planının qəbul olunması Azərbaycan və Avropa Şurası arasında ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldmiş, ölkəmizdə demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə mühüm tövhə olmuşdur.

 

FRANSALI HÜQUQŞÜNAS ÖLKƏMİZDƏ TƏCRÜBƏ KEÇİB

2015-02-19

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə böyük önəm verilərək 2013-cü ildə Ədliyyə Akademiyası ilə Avropada böyük nüfuza malik Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi arasında Əməkdaşlıq haqqında Protokol imzalanıb. Həmin sənədin implementasiyası çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilərək hakim və hakimliyə namizədlərin təcrübə mübadiləsi, tədris səfərləri və kurslar təşkil olunur, o cümlədən ötən ilin əvvəlində Məktəbin stajoru, hakimliyə namizəd ölkəmizdə təcrübə keçib.

 

AVROPA MƏHKƏMƏSİNİN PRESEDENTLƏRİNİN ÖYRƏNİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

2015-01-21

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə mühüm  əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

 

Ədliyyə Akademiyası tərəfindən Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ" mövzusunda Qəbələ şəhərində geniş seminar keçirilib.

 

 

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏDRİSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR

2015-01-07

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təmin edilməsinə yönələn köklü hüquqi islahatlar aparılır, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür.

İnsan haqlarının qorunmasında məhkəmə səhvlərinin qarşısının alınmasında hakimlər tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun mükəmməl öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.