Xəbərlər

RUSİYA VƏ AZƏRBAYCAN NOTARİUSLARININ İŞTİRAKI İLƏ “AZƏRBAYCAN, RUSİYA VƏ ALMANİYA NOTARİUSLARININ FƏALİYYƏTİNDƏ ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-09-20

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Qeydiyyat və notariat baş idarəsinin və Almaniyanın Kill Universitetinin təşkilatçılığı ilə cari ilin 20 sentyabr tarixində Bakı şəhərində “Azərbaycan, Rusiya və Almaniya notariuslarının fəaliyyətində elektron sənəd dövriyyəsi” mövzusunda Rusiya və Azərbaycan notariusları üçün dəyirmi masa keçirilmişdir.

 

 

Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq, Yekaterinburq, Tula, Maqnitoqorsk şəhərlərində, habelə Bakı şəhərində çalışan notariuslar...

 

 

 

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASI “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ YENİDƏN BAXILMIŞ AVROPA SOSİAL XARTİYASININ YERLİ SƏVİYYƏDƏ İCRA OLUNMASI İLƏ BAĞLI VƏKİLLƏRİN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN BACARIQLARININ ARTIRILMASI” ADLI LAYİHƏ HƏYATA KEÇİRİLİR

2014-09-05

Avropa Şurası Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində Hökumətin islahat siyasətini dəstəkləmək məqsədilə “Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” adlı iki illik layihənin icrasını həyata keçirir. Bu regional layihənin 2013-2015-ci illərdə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və Ukraynada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Akademiyası bu layihə üzrə əsas yerli tərəfdaş təşkilatdır.

 

Belə ki, Avropa Birliyi və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçirilən bu layihə çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan əsassız və qəbuledilməyən ərizələrin sayının azaldılması məqsədilə, yaxşı əsaslandırılmış ərizələrin hazırlanması istiqamətində vəkillərin və hüquq müdafiəçilərinin...

 

FRANSA RESPUBLİKASININ MƏHKƏMƏ-PROKURORLUQ MƏKTƏBİ VƏ ƏDLİYYƏ AKADEMİYASI ARASINDA DİNLƏYİCİLƏRİN (HAKİMLİYƏ NAMİZƏDLƏRİN) MÜBADİLƏSİ PROQRAMI HƏYATA KEÇİRİLİR

2014-03-14

Fransanın Məhkəmə-Prokurorluq Məktəbi və Ədliyyə Akademiyası arasında 16.07.2013-cü il tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən hakimliyə namizədlər və hakimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulmuşdur.

 

Protokola uyğun olaraq Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin dinləyicisi, hakimliyə namizəd xanım Annabel Lesos 24 fevral-14 mart 2014-cü il tarixində təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak...

 

ƏDLİYYƏ AKADEMİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

2013-07-31

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsinə böyük əhəmiyyət verilir, o cümlədən Ədliyyə Akademiyasının Avropanın tanınmış institutları ilə təcrübə mübadiləsi sahəsində əlaqələri genişlənir.

İyulun 14-20-də Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Tağı Eynullayev Fransada və İspaniyada səfərdə olmuşlar.

Səfər çərçivəsində Avropada böyük nüfuza malik, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəblənin (ENM) Parisdə yerləşən beynəlxalq əlaqələr və davamlı tədris və Bordo şəhərində yerləşən müsabiqə və ibtidai tədris şöbələrinin məsul vəzifəli şəxsləri, o cümlədən Məktəbin direktoru Ksavyer Ronsan ilə işgüzar görüşlər...

 

TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYASI İLƏ BİRGƏ TƏDBİRLƏR KEÇİRİLİR

2013-04-18

Dost və qardaş Türkiyə və Azərbaycan arasında sıx hüquqi əlaqələr çərçivəsində 2011-ci ildə iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlığa dair sənəd imzalanaraq hüquq sahəsində elmi və təcrübi mübadilənin aparılması, təhsilin dəstəklənməsi üzrə və digər tədbirlər həyata keçirilir, mütəmadi ikitərəfli səfərlər edilir.

Aprelin 14-18-də Azərbaycan Ədliyyə Akademiyasının dəvəti ilə Türkiyə Ali Məhkəməsinin üzvü, Yüksək Seçki Qurumunun sədri, Ədliyyə Akademiyası İdarə Heyətinin üzvü Sadri Güvənin başçılıq etdiyi tərkibi hakimlər, prokurorlar, hüquqşünas alimlərdən ibarət olan 12 nəfərlik nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad etmiş, Şəhidlər Xiyabanını və türk əsgərinin məzarını ziyarət etmişdir.