Xəbərlər

ÖZBƏKİSTAN AZƏRBAYCANIN ƏDLİYYƏ SAHƏSİNDƏKİ İNNOVASİYALARA MARAQ GÖSTƏRİR

2021-05-24

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun islahatlar aparılaraq vətəndaşlara şəffaf, operativ və əlçatan xidmətlərin göstərilməsi məqsədilə elektron innovasiyalardan geniş istifadə olunur. Rəqəmsal texnologiyaların tətbiqi, həmçinin vətəndaş-məmur münasibətlərinin tamamilə yeni səviyyəyə yüksəlməsinə, korrupsiyanın və süründürməçiliyin qarşısının alınmasına, bununla da insanların rahatlığına xidmət edir. Bu sahədə yeniliklər beynəlxalq maraq doğuraraq digər dövlətlər Azərbaycanın təcrübəsindən bəhrələnirlər. 

 

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ƏDLİYYƏ NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PROQRAMI İMZALANIB

2021-04-23

Mətbuatda məlumat verildiyi kimi, Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında Daşkənd Beynəlxalq Hüquq Forumu keçirilir. Forumda Azərbaycanın ədliyyə naziri məhkəmə-hüquq sistemindəki innovasiyalar barədə çıxış edərək müsbət təcrübəmizlə bölüşüb, iştirakçıların diqqətini Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinə cəlb edib. Tədbir çərçivəsində, həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovun videokonfrans formatında görüşü keçirilib.

 

BEYNƏLXALQ HÜQUQ FORUMUNDA ERMƏNİSTANIN HƏRBİ CİNAYƏTLƏRİ DİQQƏTLƏ ÇATDIRILIB

2021-04-22

Aprelin 22-də Özbəkistanın Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında təşkil olunmuş Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu öz işinə başlayıb. Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. 

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYALARI SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİRLƏR

2020-07-23

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür, bu məqsədlə hakimlərin şəffaf seçimi aparılır.

Növbəti seçim zamanı uğur qazanmış 44 nəfər namizəd Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursuna cəlb olunub. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir. 

 

ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ DİSTANT FORMADA BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

2020-06-24

 Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Martin Lüter adına Halle-Vittenberg Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli hüquq İnstitutu, Moskva Dövlət Universiteti, Ural Dövlət Hüquq Universiteti ilə birgə "Rəqəmsal mühakimə dövründə məhkəmə təcrübəsinin formalaşması problemləri" mövzusunda distant formada beynəlxalq elmi-praktiki konfrans keçirilib.