Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-13

Ədliyyə Akademiyasında hakimlər üçün “Hakimlərin deontologiya məsələləri və Etik Davranış Kodeksi” mövzusunda ixtisasartırma kursu keçirilib.

22 hakimin iştirak etdiyi kursda Quba Rayon Məhkəməsinin sədri,  Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsinin təqdimatları dinlənilib.

 

HAKİMLƏR VƏ VƏKİLLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİB

2019-09-10

Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib.

Ümumilikdə 40-a yaxın hakim və vəkilin iştirak etdiyi təlimlərdə beynəlxalq ekspertin və Vəkillər Kollegiyası üzvlərinin təqdimatları dinlənilib.
Hər iki təlimdə beynəlxalq miqrasiya hüququnun subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi mövzular üzrə mühazirələr deyilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-09-09

Ədliyyə Akademiyasında Beynəlxalq Miqrasiya Təşkilatı və Akademiyanın birgə təşkilatçılığı ilə “Qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.

 

HÜQUQİ YARDIMLA BAĞLI ƏDLİYYƏ NAZİRLİYİ VƏ Aİ-NIN BİRGƏ SEMİNARI KEÇİRİLİB

2019-09-03

Ədliyyə Nazirliyi və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 3 sentyabr tarixində “Holiday İnn”  mehmanxanasında “Azərbaycan ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” adlı layihə çərçivəsində Hüquqi yardım və hüquqi maarifləndirmə üzrə seminar keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA GİZ İLƏ BİRGƏ NÖVBƏTİ TƏLİM KEÇİRİLİB

2019-07-09

Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyul ayının 8-9-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hakimlər üçün “İnzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması” mövzusunda növbəti iki günlük təlim keçirilib.
GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” adlı regional proqramı çərçivəsində təşkil olunan təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıqdan, hakimlər üçün birgə tədris tədbirlərinin təşkilindən bəhs edib, təlimin əhəmiyyətini vurğulayıb.