Xəbərlər

Ədliyyə Akademiyasında GİZ ilə birgə növbəti təlim

2019-06-28

 Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqla həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyun ayının 27-28-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin təlimçi hakimləri üçün “Mülki prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması” mövzusunda növbəti iki günlük təlim keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA GİZ İLƏ BİRGƏ SEMİNAR KEÇİRİLİB

2019-06-25

Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyunun 24-25-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə Bakı Dövlət Universitetinin müəllimləri və Akademiyanın əməkdaşları üçün Mülki Prosessual Məcəllənin öyrənilməsinə həsr olunmuş iki günlük seminar  

 

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ TƏMİNATINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİN ROLUNA DAİR KONFRANS-TƏLİM KEÇİRİLİB

2019-06-14

İyunun 14-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov sabah iyunun 15-nin Milli Qurtuluş Günü - Ulu Öndərin hakimiyyətə qayıdışı günü olduğunu qeyd edib, Azərbaycanın bugünkü həyatının və reallıqlarının həmin Qurtuluşa arxalandığını, Ümummilli Liderimizin istər müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı, istərsə də müasir məhkəmə-hüquq sistemimizin banisi olduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. 

 

ƏDLİYYƏ AKADEMİYASININ TƏLİMÇİSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2019-06-04

4 iyun 2019-cu il tarixdə Moldova Respublikasının paytaxtı Kişniyov şəhərində Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı və Moldova Milli Ədliyyə İnistitutu tərəfindən təşkil olunan “Moldova Respublikasında Cinayət Hüququ Sisteminin İnsan Hüquqları ilə Uyğunlaşdırılmasının Təşviq olunması” ilə bağlı İnsan hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi - “Azadlıq və toxunulmazlıq hüququ” mövzusunda keçirilən Beynəlxalq Konfransda Sumqayıt Apelyasiya Məhkəməsinin sədri, Ədliyyə Akademiyasının təlimçisi Səadət Bəktaşi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Vüqar Quliyev iştirak ediblər. 

 

ƏDLİYYƏ AKADEMİYASI BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI İLƏ BİRGƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2019-05-17

Ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədilə "Daşınar əmlakın yüklülüyü haqqında" 02.05.2017-ci il tarixli Qanun qəbul edilib, 2018-ci ilin mart ayından daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb.