ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Maliyyə-təsərrüfat şöbəsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Ədliyyə Akademiyasının Maliyyə - təsərrüfat şöbəsi öz vəzifələrini aşağıdakı fəaliyyət istiqamətlərinə uyğun olaraq yerinə yetirir:

1.Akademiyanın   maliyyələşdirilməsini həyata keçirir;
2.Akademiyanın maddi-texniki təminatını həyata keçirir;
3.Akademiyanın əsaslı tikinti və təmir ehtiyaclarını təmin edir;
4.Akademiyanın istifadəsində olan maddi-texniki bazanın istismarını və
mühafizəsini təşkil edir;
5.Akademiyada mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat
səfərbərliyi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;
6.Akademiyanın maddi-texniki bazasında təsərrüfat xidmətinə dair işlərin
həyata keçirilməsini təmin edir;
7.qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 



Şöbənin vəzifələri:

1.Akademiyanın fəaliyyəti üçün zəruri şəraitin yaradılması, onların maliyyə, inventar, dəftərxana ləvazımatları, təşkilati texnika, rabitə, nəqliyyat, kommunal, xüsusi geyim forması və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək;
2.Ayrılmış büdcə təxsisatı daxilində Akademiya üzrə ştat cədvəlini və xərclər smetasını hazırlayır və rektora təqdim edir;
3.Akademiyada növbəti il üçün büdcə və sonrakı üç il üçün icmal büdcə proqnozu layihələrini hazırlayır;
4.Akademiyaya ayrılan büdcə vəsaitlərinin, kreditlərin, qrantların, büdcədənkənar xüsusi vəsaitlərin və digər maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə olunmasını təmin edir;
5.Dövlət satınalmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqələr keçirmək, müqavilələr bağlamaqla bağlı rektora təkliflər verir;
6.Akademiyada maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək və onların istifadəsinə nəzarət edir;
7.İşçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir;
8.İşçilərinin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə keçirilən tədbirlərin maliyyə təminatmı həyata keçirir;
9.İşçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, o cümlədən qulluq illərinə, xüsusi rütbələrə və ixtisas dərəcələrinə görə əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
10.İşçilərin ezamiyyə xərclərinin ödənilməsini təmin edir;
11.İşçilərinin məcburi sığortasını təmin edir;
12.Akademiyanın ehtiyacları üçün əsaslı tikinti və təmir işlərini aparır, bununla bağlı layihə və smeta sənədlərinin hazırlanmasını təşkil edir;
13.İşçilərinin əmək və sosial hüquqlarının həyata keçirilməsini təmin edir;
14.Bütün pul vəsaitlərinin alınması və paylanması işini, habelə xəzinədə olan pul paylanıb qurtarandan sonra müvafiq qaydada xəzinə hesabatının tərtib edilməsini təşkil edir;
15.Şöbənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır, statistik, maliyyə və digər hesabatlar hazırlayır, şöbənin iş planının layihəsinə dair təkliflər verir;
16.Təhtəlhesab şəxslərlə hesablaşmalar aparır;
17.Peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və pe şə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;
18.Xidməti fəaliyyətlə bağlı Nazirliyin və Akademiyanın rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.