Rəhbərlik
- Prorektor - Elçin Abuzər oğlu Xələfov
1972-ci ildə Bakı şəhərində anadanolmuşdur.
1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında hüquqşünas, aparıcı hüquqşunas işləmişdir.
1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasında təhsil almış, və «Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, fəlsəfə doktoru, dosentdir.
1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ və Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki-hüquq və Mülki proses kafedrasınında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsində baş məsləhətçi vəzifələrində çalışmışdır.
2005-2013-cü illərdə Məhkəmə-Hüquq şurasının Aparatında böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2013-cü ilin fevral ayından hal-hazıradək Ədliyyə nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur.
Evlidir üç övladı vardır.