Xəbərlər

“Məhkumların islah edilməsi, onların cəmiyyətə reinteqrasiyası işinin aparılmasının xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir.

2023-05-04

27.04.2023-cü il və 04.05.2023-cü il tarixlərində Ədliyyə Akademiyasında probasiya üzrə icra məmurları üçün “Məhkumların islah edilməsi, onların cəmiyyətə reinteqrasiyası işinin aparılmasının xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir. Təlimdə respublikanın müxtəlif şəhər və rayonlarından 81 icra məmuru iştirak etmişdir. Təlimin Gündəliyində “Cinayətkar şəxsiyyətin psixologiyası və davranış normaları”, “ Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və sosial yanaşma” və“Məhkumlarda şəxsiyyət pozuntuları” adlı mövzular öz əksini tapmışdır.  Mövzular, müvafiq olaraq, 4 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (psixoloq) ədliyyə kapitanı Aytən Fətullayeva, sosial işçi Fərrux Hüseynov və klinik psixoloq, Xəzər Universitetinin müəllimi Təhmasib Cavadzadə tərəfindən tədris edilmişdir.

Təlim yüksək peşəkarlıqla keçirilmişdir. Dinləyicilər onları maraqlandıran məsələlərlə bağlı suallar vermiş, öz fikirlərini bildirmişlər.