Elmi-tədqiqat və doktoranturaşöbəsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Elmi-tədqiqat və məhkəmə presedenti şöbəsi Akademiyanın elmi-pedaqoji kadrların hazırlanması, elmi-tədqiqat işlərinin planlaşdırılması, yerinə yetirilməsi və onlara nəzarət, həmcinin elmi-tədqiqatların nəticələrinin təcrübəyə və tədris prosesinə tətbiq edilməsi, məhkəmə presedenti ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə yaradılan  struktur qurumudur.

Şöbənın elmi- metodiki,elmi-tədqiqat, analitik-informasiya, idarəçilik kimi fəaliyyət istiqamətləri var .Və bu fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1.Məhkəmə presedenti ilə bağlı tədqiqatlar aparır, elmi-tədqiqat proseslərini təşkil edir və əlaqələndirir;
2.Hüquq elminin prioritet istiqamətləri üzrə fundamental və tətbiqi
araşdırmaların aparılması, hüquq elminin prioritet istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsi işinın təşkili və məhkəmə presedenti problemlərinin tədqiqi məqsədilə Elmi Şuraya təkliflər verir;
3.Akademiyanın elmi-metodoki, elmi-tədqiqat, analitik informasiya fəaliyyətinin illik planlarının layəhələrini, onların yerinə yetirilməsi üzrə hesabatları hazırlayır  və elmi Şuraya təqdim edir;  
4.Elmi təqiqat fəaliyyətinin vəziyyəti və perspektivləri sahəsində analitik informasiya fəaliyyətini həyata keçirir və rektora tövsiyələr verir;
5.Akademiyanın elmi-pedaqoji heyətinin elmi ixtisasının artırılması, elmi kadrların əlavə təhsili üzrə proqramlar hazırlanmasında və həyata keçirilməsində işturak edir;
6.Rektorun yazılı göstərişi ilə müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətinin həyata keçirilməsində iştirak edir, müvafiq sənədlərin layihələrini hazırlayır;
7.Rektorun yazılı göstərişi ilə hüquqi aktlarının layihələrini hazırlayır, onların elmi ekspertizasını keçirir və nəticələrinin təsdiq olunması üçün Elmi Şuraya təqdim edir;
8.Milli və xarici ekspertlərin iştirakı ilə elmi forumların
keçirilməsi, elmi seminarların, konfransların, simpoziumların, konqreslərin təşkili və keçirilməsi məsələləri ilə məşğul olur;
9.Tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik iş aparır və Elmi Şuraya təkliflər verir;
10.Fundamental və tətbiqi elmi tədqiqatların, o cümlədən məhkəmə presedenti ilə bağlı tədqiqatların, aparılması,elmi kadrların ixtisasının artırılması işində milli, xarici və beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıqla bağlı təkliflər hazirlayır və bu əməkdaşlığın həyata  keçirilməsini təmin edir;
11.Ədliyyə və məhkəmə orqanları, vəkillik üçün Nazirlik,
Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təqdim olunan plan-sifarişlər əsasında həyata keçirilən tədqiqatları əlaqələndirir;
12.Akademiyanın qarşısında duran problemlərin həlli məqsədilə elmi potensialdan səmərəli istifadə olunması üzrə təkliflər hazırlayır;
13.Digər dövlət və qeyri-dövlət orqanlarının ayrı-ayrı sahələr və məsələlər üzrə elmi tədqiqatlarının aparılması ilə bağlı müraciətlərini Elmi Şuranın müzakirəsi üçün hazırlayır;
14.Elmi işlərin dərc olunması üzrə illik nəşr planının layihəsini hazırlayır və rektorun təsdiqinə verir;
15.Yaradıcılıq məzuniyyətləri verilməsi üçün təkliflər verir;
16.Şöbənin əməkdaşlarına  dosent və professor elmi adlarının,həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi üçün Elmi Şuraya təkliflər verir;
17.Akademiyanın elmi adlarının təsis edilməsi və verilməsi ilə bağlı Elmi Şuraya təkliflər verir;
18.Akademiyada elmi adların verilməsi ilə bağlı sənədlərə baxır və Azərbaycan Respubliksının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edir;
19.Akademiyada elmi işçilərin attestasiyasının, professor-müəllim heyəti, kafedra müdiri, fakülfə dekanı vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsini təşkil edir;
20.Dissertasiya işlərinin ilkin ekspertizasını və rəy verilməsi haqqında sənədləri Elmi Şuranın müzakirısinə hazırlayır;
21.Elmi Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələləri həll edir;
22.Elmi Şuranın protokollarını, Elmi Şuranın qərarları əsasında verilən əmrlərin layihələrini hazırlayır;
23.Elmi Şura qərarlarının aidiyyəti orqanlara çatdırəlmasını, Elmi Şuranın protokollarının surətlərinin və onlardan çıxarışlar verilməsini təşkil edir;
24.Elmi Şuranın fəaliyyəti barədə məlumatların Akademiyanın internet saytında yerləşdirilməsi üçün hazırlayır;
25.Elmi Şuranın qərarlarının, habelə onun əsasında verilmiş əmrlərin icrasına nəzarət edir və bu barədə mütəmadi olaraq Akademiyanın rektoruna məlumat verir;
26.Hüquqi maarifləndirmə işində iştirak edir;
27.Fəaliyyət istiqamətləri üzrə və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.