Tədris və ETV-lə təminat şöbəsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Ədliyyə Akademiyasının Tədris və ETV-lə təminat şöbəsi öz vəzifələrini aşağıdakı fəaliyyət istiqamətləri uygun olaraq yerinə yetirir:

1.Tədrisin təşkili;
2.Elmi- metodiki;
3.Analitik-informasiya;
4.İdarəçilik.

Şöbə fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1.Fakultələr və əlaqədar təşkilatlarla birlikdə tədris planlarının layihəsini hazırlayır;
2.Tədris prosesini təşkil edir və tədrisin keyfiyyətinə cari nəzarəti həyata keçirir;
3.Tədris yükünün normaları haqqında təkliflər verir və professor-müəllim heyətinin tədris yükünün faktiki yerinə yetirməsinə nəzarət edir;
4.Əməyi saathesabı ödənilməklə tədris məşğələlərinə cəlb olunan işçilərin, müstəqil ekspertlərin və mütəxəssislərin uçotunu aparır;
5.Akademiyada seminar, yekun müsahibə, məqbul, imtahan, yazılı yoxlama işi, kollokvium, dövlət yekun attestasiyası, biliklərin avtomatlaşdırılmış yoxlanılması və test növündə qiymətləndirmə formalarının tətbiqini təşkil edir;
6.Struktur bölmələrinin  tədris və ETV ilə təminat barədə hesabatlarını, statistik və  digər məlumatları toplayır,tədris planlarının yerinə yetirilməsi barədə hesabatlar hazırlayır və Elmi Şuraya təqdim edir;
7.Tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik iş aparır, müasir informasiya texnologiyalarının və texniki vəsaitlərin tədrisdə istifadə formalarının və metodlarının, yeni tədris texnologiyalarının işlənib hazırlanmasında iştirak edir;
8.Kafedralarla birlikdə tədris olunan fənlərin kompleks elmi və metodik təminatında, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında iştirak edir;
9.Tədris məsələləri ilə bağlı kafedralara və fakultələrə metodiki yardım göstərir;
10.Dövlət təhsil standartlarına uyğun olaraq, tədris prosesinin yüksək keyfiyyətinin təmin olunmasına yönəldilən tədris vasitə, metod və formalarının seçməsi və tətbiqi üzrə metodiki iş aparır;
11.Tədris-metodiki ədəbiyyatın alınması ilə bağlı təkliflər verir;
12.Tədris avadanlığı və ləvazimatlardan, aparatura və cihazlardan, laboratoriyalardan, kabinetlərdən, auditoriyalardan, xüsusi siniflərdən, informasiya və kommunikasiya texnologiyalarından, tədris və fondlarından və idman qurğularından istifadəyə nəzarət edir, onların işə yararlı vəziyyətdə saxlanılmasını təmin edir;
13.Dinləyicilərin tədris bazası kimi seçilmiş qurumlarda təcrübəsini təşkil edir;
14.Başa çatmış təhsil və tədris proqramları üzrə qanunvericiliyə uyğun olaraq kargüzarliq işini aparır;
15.Tədris və ETV ilə təminat fəaliyyətinin vəziyyəti və perspektivləri sahəsində analitik informasiya fəaliyyətini həyata keçirir və rektora tövsiyələr verir;
16.Elmi-texniki vasitələrin işlədilməsində işçilərə metodiki yardım göstərir;
17.Elmi-texniki vasitələrin tətbiqinə olan tələbatları öyrənir və elmi-tədqiqat, тədris-metodiki, maliyyə-təsərrüfat və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə proqram təminatlarının həyata keçirilməsini təşkil edir;
18.Tədris proseslərinin yüksək səmərəsinin təmin edilməsi məqsədilə təkliflər verir;
19.Tədris preosesinin elmi-texniki vasitələrlə təmin edilməsi üzrə təkliflər hazirlayır;
20.Tədris prosesinin təminatı ilə bağlı fəaliyyəti əlaqələndirir;
21.Dəyişən heyətin şəxsi işlərini aparır;
22.Hüquqi maarifləndirmə işində iştirak edir;
23.Fəaliyyət istiqamətləri üzrə və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.