Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN GƏNCƏ ŞƏHƏRİNDƏ İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-04-14

Məhkəmə aparatı işçiləri üçün 14 aprel 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində ixtisasartırma kursu keçirilmişdir. İxtisasartırma kursunda Kəlbəcər, Ağdam, Bərdə, Daşkəsən, Kəpəz, Nizami, Naftalan, Goranboy, Gədəbəy, Göy-gol, Xocalı, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Ağstafa rayon məhkəmələrinin, ümumilikdə 36 nəfər, apartı işçiləri iştirak etmişlər. Məhkəmə aparatı işçilərinə ixtisasartırma kursunun tədris proqramına «Ədliyyə Naziriliyi və məhkəmələrin qarşılıqlı əlaqəsi, məhkəmə orqanlarında statistik hesabatların əhəmiyyəti və tərtibatı xüsusiyyətləri», «Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanlarında qulluqkeçmənin hüquqi əsasları», «Korrupsiya ilə mübarizənin hüquqi əsasları» və «İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları» barədə mövzular daxil edilmişdir.

 

 


Tədris kursunun proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının əməkdaşları Qalib Məmmədov, Mətanət Əsgərova və Samir Nuriyev tərəfindən aparılmışdır. Proqramda nəzərdə tutulmuş mövzular məruzəçilər tərəfindən dinləyicilərə interaktiv üsulla tədris olunmuşdur.