Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN NÖVBƏTİ TƏDRİS KURSU KEÇİRİLMİŞDİR

2016-09-30

Sentyabrın 30-da Ədliyyə Akademiyasında hakimlər üçün “Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda növbəti ixtisasartırma kursu keçrilmişdirşdir.

 

 

 

23 hakimin iştirak etdiyi kursdaBakı Apellyasiya Məhkəməsinin hakimləri Elnur Həsənov, İlham Əsədovvə İkram Şirinovun mühazirələri dinlənilmişdir.

 

 

 

Tədris kursu çərçivəsində alqı-satqı və bağışlama müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi, məcburi bağlanması barədə işlərə baxılmasının xüsusiyyətləri, kənd təsərrüfatı təyinatlı dövlət və bələdiyyə torpaqlarının istifadəyə, mülkiyyətə verilməsi, həmin torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı işlərə baxılması xüsusiyyətləri, məhkəmə qətnamələrinin icrası qaydasında icaatla bağlı məhkəmə təcrübəsi kimi məsələlər barədə hakimlərlə müzkirələr aparılmışdır onları maraqlandıran suallar cavablandırılmışdır.