Xəbərlər

HAKİMLƏRİN TƏDRİSİ VƏ İXTİSASININ ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

2016-11-11

Noyabrın 11-də  Ədliyyə Akademiyasında hakimlər üçün keçirilmiş növbəti tədris kursu isə "Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri" mövzusuna həsr olunub.

 

 

Birinci instansiya məhkəmələrindən 16 hakimin iştirak etdiyi kursda Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elnur Həsənovun, İlham Əsədovun, İkram Şirinovun, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri  Vəli Abdullayevin mühazirələri dinlənilib.

 

 

Tədbirdə alqı-satqı və bağışlama müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi, məcburi bağlanması, həmçinin kənd təsərrüfatı təyinatlı dövlət və bələdiyyə torpaqlarının istifadəyə, mülkiyyətə verilməsi, həmin torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri, məhkəmə qətnamələrinin icrası qaydasında icaatla bağlı məhkəmə təcrübəsi, hakimlərin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və təcrübə kimi mövzular hakimlərin diqqətinə çatdırılıb və bir sıra kazuslar  ətrafında müzakirələr aparılıb.