Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-11-18

Cari ilin 18 noyabr tarixində Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq mexanizmlər” mövzusunda I instansiya məhkəmələrinin 15 hakimi üçün ixtisasartırma kursu keçirilmişdir.

 

Kursda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Daxili təhlükəsizlik xidmətinin rəisi Vüqar Quliyev, Baş Prokurorluğun Hüquqi təminat və informasiya  idarəsinin prokuroru Malik Səlimov, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinq Xidmətinin Hüquq sektorunun rəisiAzər Abbasov və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədriVəli Abdullayevin mühazirələri dinlənilmişdir.

 

Tədris proqramına uyğun olaraq korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəsi, korrupsiya cinayətlərinin tövsifi məsələləri, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya  digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, hakimlərin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və təcrübə kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır.