Xəbərlər

GƏNCƏ ŞƏHƏRİNDƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-11-25

Cari ilin 24-25 noyabr tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Ramada Plaza” mehmanxanasında 20 hakimin iştirakı ilə  “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində mülkiyyət hüququ” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov və Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyevanın mühazirələri dinlənilmişdir.

 

 

Təlim zamanı Avropa İnsan Hüquqları Konvensiyasının təfsiri prinsipləri, mülkiyyət (əmlak) anlayışı: daxili qanunvericilik və Avropa Məhkəməsinin yanaşması, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə mülkiyyət hüququnun məhdudlaşdırılması və müdafiəsi, dövlətin pozitiv və neqativ öhdəlikləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış və 1 Saylı Protokolun 1-ci Maddəsi üzrə Azərbaycanla bağlı qərarlar müzakirə edilmişdir. Eyni zamanda zamanda HELP Proqramının Azərbaycan hakimləri üçün əlaqələndiricisiZülfiqar Babayev tərəfindən Avropa Şurasının HELP Proqramının təqdimatı əyani şəkildə həyata keçirilmişdir.